76 yaşlı qocaman başçı rayonda bütün torpaqlara “əl” qoyaraq qarış-qarış satıb.Vətəndaş şikayəti-Video



Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev haqqında bir neçə dəfə qanunsuz fəaliyyəti haqqında yazı dərc etmişik. Belə ki, adı kölgədə qalan icra başçısı haqqında hələdə heç bir tədbir görülmür. Axı niyə?
Bu şəxsin 76 yaşı vardır. Qocayev Alı İbrahim oğlu 27 iyul 1947 ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. Artıq təqaüdə getmək vaxtıdır. Amma mənimsədiyi, dövlətə aid torpaqları qaytarmaq şərtilə…
Qeyd edək ki,Alı Qocayev Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli 2182 saylı Sərəncamı ilə Samux rayon İcra Hakmiyyətinin başçısı təyin edilmişdir.
Bir neçə ay bundan öncə Samux rayon Seyidlər kəndinin sakinləri Space TV, Baku tv, kanalında canlı yayımda çıxış edərək, Prezident İlham Əliyev Cənablarına müraciətləri olubdur. Sözü gedən kənd sakinlərinin 100 hektara yaxın torpaq sahəsi, Bələdiyyə, Seyidlər kənd icra nümayəndəsi Tacəddin Əsgərov və İcra Başçısı Alı Qocayev tərəfindən, öhdəliklərindən alınaraq digər tanımadıqları şəxslərə verdiklərini iddia edirlər.
Seyidlər kəndinin icra nümayəndəsi Tacəddin Əsgərov, kənd sakinlərinin iddialarının yalan olduğunu, Gəncə Şəhər Regional Daşınmaz Əmlakdan saxta sənəd verdiklərini qeyd edir.
Digər məlumata görə, icra başcısı Gəncə Şəhər Rüstəm Allahverdioğlu küçəsində, Mədəniyyət Nazirliyinin tabeçiliyində olan “KLUB” deyilən yerin ərazisində ikimərtəbəli ev də tikdirib.
Mədəniyyət Nazirliyinin tabeçiliyində olan “KLUB” deyilən yerin ərazisində, iki mərtəbəli yaşayış evi tikdirmək, sözü gedən mülkin tikilişinə icazə verən, Dövlət qurumu, vəzifə səlahiyyətlərini aşmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirlidir.
Bütün bunlarla bağlı görüntüləri oxucularımıza təqdim edirik: Samux rayon Seyidlər kəndinin “QARA” fəhlələri, “AĞ” günə çıxmaq ümidilə…
Gəncə müxbiri Azər.


facebook sharing button
Tarix: 8-06-2023, 15:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}