İcra başçısı şəhid Ağamalıyev Qüdrət Qərib oğlunun ailəsini ziyarət edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər
rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə birinci Qarabağ müharibəsi
şəhidi Ağamalıyev Qüdrət Qərib oğlunun ailəsini ziyarət edib, onların qayğıları
və problemləri ilə maraqlanıb.
Rayon rəhbəri şəhidin keçdiyi döyüş yolu haqqında onun ailə üzvlərinin
xatirələrini dinləyib .Bildirib ki, Ağamaliyev Qüdrət Qərib oğlu1959-cu il
oktyabr ayının 2-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. Qapanlı
kənd orta məktəbinin 8-ci sinifini bitirdikdən sonra orta təhsilini Şuşa 1 No-li
İnternat Məktəbində alıb. 1978-1980-ci illərdə keçmiş Sovet Ordusu
sıralarında həqiqi hərbi xidmətdə olub.
Qarabağ müharibəsi başlayan vaxt o, Səməd Vurğun adına kolxozda sürücü
işləyirmiş. 1993-cü il noyabr ayında rayon hərbi komissarlığı tərəfindən Milli
Ordu sıralarına səfərbər edilib. 703 saylı hərbi hissədə qulluq etməklə Ağdərə
bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1994-cü
il yanvar ayının 20-də Ağdərə bölgəsində Lül saz kəndi ətrafında gedənǝ
döyüşdə şəhid olub.
Qüdrət Ağamalıyev ailəli idi. Fərman adlı bir oğlu, Nuriyyə və Əsmanə adlı iki
qızı var. Şəhid Qapanlı kənd qəbiristanlığında dəfn edilib.
Ailəsi Tərtər rayonunun Qapanlı kəndində yaşayır.
Rayon rəhbəri uzun illərdən sonra Qüdrətin vətən torpaqlarını işğaldan azad
etmək arzusunu bu gün respublika prezidenti cənab İlham Əliyevin
gerçəkləşdirdiyini, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan
azad edildiyini, ölkə rəhbərinin öz əlləri ilə Azərbaycan Bayrağını İşğaldan
azad edilmiş, terrorçulardan təmizlənmiş Xankəndində, Ağdərədə, Xocalıda,
Xocavənddə dalğalandırdığını deyib, cənab Ali Baş Komandanın rəhbərliyi
altında Vətən müharibəsində tək Qüdrətin deyil, Vətən üçün canından keçən
bütün şəhidlərin, sağlamlıqlarını itirmiş qazilərin, günahsız qətlə yetirilən qız-
gəlinlərin, körpələrin də intiqamının alındığını vurğulayıb.
Şəhidin ailə üzvlər şəhid ailələrinə göstərilən diqqət  qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı
versin!
 
Tarix: 9-02-2024, 22:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}