İcra başçısı şəhid Səlaməddin Əliyevin ailəsini ziyarət edib


Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Milli
Məclisin Deputatı Sahib Alıyev ilə birlikdə Qazyan kəndində şəhid
Səlaməddin Əliyevin ailəsini ziyarət edib, onların qayğıları və problemləri
ilə maraqlanıb.
Rayon rəhbəri Birinci Qarabağ  44 günlük Vətən müharibəsində
torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid 
qazilərin qəhrəmanlıqlarından söhbət açıb və bildirib ki, Ali Baş Komandan
cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın igid oğulları öz qanı,
canı bahasına torpaqlarımızı işğaldan azad edib, suverenliyimiz bərpa
edilib.
Qeyd edək ki, Əliyev SəlaməddinYusif oğlu 1979-cu il oktyabr ayının 5-də
Qazyan kəndində anadan olmuşdur. 1997-ci ildə Qazyan kənd orta
məktəbində orta təhsilini başa vurduqdan sonra Rusiya Federasiyasına
getmiş və 2001-ci ilin oktyabr ayınadək orada olmuşdur. 2001-ci il oktyabr
ayının 2-də Tərtər rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına
həqiqi hərbi xidmətə göndərilmişdir. Xidmət etdiyi 161 saylı hərbi hissədə
kəşfiyyat bölüyünün əsgəri olmuşdur. 25 iyun 2002-ci il tarixdə verilmiş
hərbi tapşırığı yerinə yetirərkən Ağdam rayonunun Yusifcanlı kəndində
düşmən tərəfindən atılan güllədən aldığı xəsarət nəticəsində şəhid
olmuşdur.
Subay idi. Qazyan kənd qəbiristanlığında dəfn olunub.
Görüşdə icra başçısı bildirib ki, Səlaməddin kimi Vətənini canından çox
sevən oğullar heç vaxt ölmür. Xalqımız eldən gedən oğullarının xatirəsini
həmişə əziz tutur.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
 
Tarix: 7-03-2024, 17:08
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}