Tərtər Rayon İcra Hakimiyyətində “2023-cü ilin yekunları və qarşıda duran vəzifələr barədə” hesabat yığıncağı keçirilib - FOTO

Tərtər Rayon İcra Hakimiyyətində “2023-cü ilin yekunları və qarşıda duran vəzifələr barədə” hesabat yığıncağı keçirilib
Tərtər Rayon İcra Hakimiyyətində “2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran
vəzifələr”ə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Yığıncaqda rayon icra hakimiyyətinin əməkdaşları, hüquq mühafizə orqanlarının
rəhbərləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, inzibati ərazi dairəsi üzrə
nümayəndələr, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hesabat məruzəsi ilə
çıxış edib. O, yola saldığımız 2023-cü ilin “Heydər Əliyev İli” olduğunu, bu ildə Heydər
Əliyev Mərkəzini minlərlə tərtərli və rayonumuzun qonaqlarının ziyarət etdiyini,
yubileylə bağlı elmi konfranslar, “dəyirmi masa”lar, yazı müsabiqələri, əl işlərindən,
rəsmlərdən, fotolardan, kitablardan ibarət sərgilər keçirildiyini, rayonumuzda tərtərli
tanınmış ziyalıların, elm xadimlərinin iştirakı ilə keçirilən Ulu Öndərin 100 illiyinə həsr
olunmuş elmi-praktik konfransın, o cümlədən Ulu Öndərin məzunu olduğu Bakı Dövlət
Universitetinin professor-müəllim heyətinin rayonumuza gəlişi, keçirdikləri tədbirlərin,
söylədikləri mühazirələrin, Milli Məclisin deputatları, politoloqlarla keçirilən görüşlərin,
iməciliklərin, ağacəkmə aksiyalarının və onlarla tədbirlərin yaddaşımızda dərin iz
qoyduğunu vurğulayıb, 7 fevral növbədənkənar prezident seçkilərindən də söhbət açıb,
bildirib ki, növbədənkənar prezident seçkiləri bir daha sübut etdi ki, qalib xalq qalib
Liderini sevir və ona səs verir, Azərbaycan xalqı öz gələcəyini cənab İlham Əliyevə
etibar edir.
Növbədənkənar seçkilərdə qazandığı qələbəyə görə ölkə rəhbərini tərtərlilər adından
səmimi qəlbdən təbrik edən rayon rəhbəri, ona azad və suveren dövlətimizin daha da
inkişafı və tərəqqisi naminə apardığı genişmiqyaslı işlərdə uğurlar diləyib.
İcra başçısı bildirib ki, ölkə Prezidenti Cənab İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli
Fərmanı ilə “Azərbaycan Respublikası Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” rayonumuzda da uğurla icra olunub.
Tərtər şəhərinin Heydər Əliyev prospektində və Şıxəli Qurbanov, Mehdi Hüseynzadə,
Mahir Əsədov, Rasim Mürsəlov, Eldar Məmmədov küçələrində aparılan abadlıq işləri
başa çatmışdır. Səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunub, səkilərə asfalt
döşənib, yeni yaşıllıq zolaqları, yaradılıb, işıq, qaz, telekommunikasıya xətləri qaydaya
salınıb. Küçələrlə yanaşı uzun illərdir təmir-abadlıq işləri aparılmayan M.Ə.Sabir adına
parkda aparılan yenidənqurma və təmir işləri başa çatıb. Parkda köhnə tamet daşları və
bardyorlar yenisi ilə əvəz olunub, əraziyə yeni münbit torpaq verilərək gül kolları və
müxtəlif bəzək ağacları əkilib. M.Ə.Sabirin büstü və onun satirik əsərlərinin
personajlarının heykəlləri təmir-bərpa olunub, sakinlərin istirahəti üçün söhbətgahlar
təmir olunub, parkın gecə işıqlandırılması üçün yeni işıqlandırma sistemi qurulub, parkın
istinad divarları aqlay daşları ilə üzlənib, məhəccərlər təmir olunaraq rənglənib,
insanların istirahəti üçün şərait yaradılıb.
Vasif Hüseynov küçəsində yerləşən Şəhid bulağında yenidənqurma və təmir işləri
aparılmışdır.
Tərtər şəhərin Qənbər Qənbərli, Sənan Məmmədli, Azər Şəmilov, Süleyman
Məmmədov, Şakir Həsənov, Fizuli Rüstəmov, Ruslan Şahbazov, Ruslan Lalayev və
Məftun Əhmədzadə küçələrində də istinad divarları hörülüb hündürləşdirilmiş, divarlar
aqalay və bəzək daşları ilə üzlənmişdir. Kommunikasiya işıq, telefon xəttləri səliqəyə
salınmış, ağaclar budanmış, təmizlik işləri aparılmışdır. Hazırda Ruslan Şahbazov
küçəsiində bu işlər davam etdirilir. Küçədə olan kommunikasiya xəttləri səliqiyə
salınmışdır.
Vətən müharibəsi şəhidləri Qənbər Qənbərli, Sənan Məmmədli və Azər Şəmilov, Polad
Həşimov, Anar Əliyev, Ruslan Şahbazov, Aslan Hüseynov, Aysənan Abbasov, Məftun
Əhmədzadə və Fizuli Rüstəmovun adına verilmiş küçələrdə şəhidlərin baralyefləri
quraşdırılmışdır.
Təhsil Nazirliyinin xətti ilə 360 şagird yerlik Tərtər şəhər 5 saylı və Azad Qaraqoyunlu
kəndində Heydər Əliyev Fondunun hesabına 320 yerlik Azad Qaraqoyunlu tam orta
məktəbləri üçün yeni məktəb binaları tikilib istifadəyə verilmişdir.
Rayonun Bəyimsarov və Qazyan kəndlərində 50 yerlik körpələr evi-uşaq bağçalarının
tikinti işləri davam etdirilir.
2023-cü ildə rayonda respublika və yerli əhəmiyyətli avtomobil yollarında 1539.1 min
manatlıq carı təmir və saxlanma işləri görülmüşdür.
2023-cü il ərzində rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və
Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində, meşə
zolaqlarında 40 min müxtəlif növ ağaclar, 6 min ədəd gül kolları və 200 min ədəd
həmişəyaşıl kolları əkilmişdir.
2023-cü ildə ümumi məhsul buraxılışının həcmi 284 milyon 635 min manat olmuşdur.
2022-ci ilin müvafiq dövrünə nisbətən məhsul buraxılışının həcmi 8.4 faiz artmışdır.
Hesabat dövründə kənd təsərrüfatı istehsalı 8.0 faiz artaraq 114 milyon 33.5 min manat,
əhaliyə göstərilən ödənişli xidmətlər 9.7 faiz artaraq 31 milyon 324.6 min manat, ictimai
iaşə xidmətləri 13.5 faiz artaraq 3 milyon 780.2 min manat olmuşdur. Nəqliyyat
sektorunda yük daşınması 8.9 faiz artaraq 405.0 min ton, sərnişin daşınması 19.4 faiz
artaraq 6 milyon 935.0 min nəfər təşkil etmişdir.
Rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların
həcmi 76 milyon 768.3 min manat təşkil etmişdir ki, onun 69 milyon 442.4 min manatı və
ya 90.5 faizi tikinti-quraşdırma işlərinə yönəlmişdir. 2022-ci ilin müvafiq dövrünə
nisbətən əsas kapitala yönəldilən investisiyaların həcmi 26.7 faiz artmışdır.
Rayon əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi ilə hesabat dövründə 236 yeni
iş yeri açılmışdır. Həmin yeni iş yerlərinin 44-ü yeni yaradılmış müəssisə və
təşkilatlarda, 192-i mövcud müəssisə və təşkilatlarda açılmışdır. Bundan başqa yeni
yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı 936 olmuşdur.
2023-ci ilin yanvar-dekabr aylarında rayon üzrə orta aylıq əmək haqq 2022-ci ilin
müvafiq dövrünə nisbətən 67.6 manat və ya 13.2 faiz artaraq 581.0 manat təşkil
etmişdir.
Rayonun iqtisadiyyatının əsasını aqrar sahə təşkil etdiyindən rayonda kənd təsərrüfatı
məhsullarının istehsalının artırılması diqqət mərkəzində olmuşdur. Ölkəmizin hər
yerində olduğu kimi, rayonumuzda da aqrar sektorun inkişaf etdirilməsi sahəsində
məqsədyönlü işlər görülmüşdür.
2023-cü ildə kənd təsərrüfatı məhsulunun ümumi həcmi 114 milyon 33.5 min manat
təşkil etmişdir ki, onun da 67 milyon 419.6 min manatı bitkiçilik, 46 milyon 613.9 min
manatı heyvandarlıq məhsullarının hesabına formalaşmışdır. 2022-ci ilə nisbətən kənd
təsərrüfatı məhsulunun həcmi 8.0 faiz artmışdır.
İcra başçısı əhaliyə göstərilən içməli su təminatından, əkin sahələrinin su ilə
təminatından, işıq, qaz, telekommunikasiya xidmətlərindən də ətraflı danışıb, təhsil,
səhiyyə mədəniyyət, gənclər və idman sahəsində, hüquq-mühafizə, səfərbərlik və hərbi
xidmətə çağırış üzrə il ərzində görülən işləri də tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkilindən danışan icra
başçısı bildirib ki, Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında 2023-cü ildə də
vətəndaşların qəbulu cədvəli tərtib edilmiş, bu barədə “Yeni Tərtər” rayon qəzetində 29
dekabr 2023-cü il tarixli nömrəsində məlumat dərc edilmişdir. Milli Qəhrəmanlar,
Vətən müharibəsi qəhrəmanları, onların ailə üzvləri, şəhid ailələri, Qarabağ müharibəsi
əlilləri və digər imtiyazlı vətəndaşlar rayon İcra hakimiyyətində növbədənkənar qəbul
edilirlər.
Vətəndaşlar Rəqəmsal İcra Hakimiyyətinin portalına da telefon vasitəsilə müraciət
edirlər.
2023-cü il ərzində rayon icra hakimiyyətində 2932 nəfər vətəndaş qəbul edilərək
müraciətləri dinlənilib. Onlardan 1045 nəfər rayon icra hakimiyyəti başçısı tərəfindən
şəxsən, 1887 nəfər isə başçının müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilib.
Vətəndaşların hər bir müraciətinə diqqət və qayğı ilə yanaşılıb, onların problemləri
yerində həll olunub.
Tərtər Rayon İcra Hakimiyyətinə vətəndaşlardan 982 ərizə daxil olub ki, onların da 268-i
Vətən müharibəsi nəticəsində yaranan problemlərlə bağlıdır.
Müraciətlərin 489-u eyni vətəndaşlardandır.
Müraciətlərin hər biri araşdırılır, rayon icra hakimiyyətinin nümayəndəsi müraciət müəllifi
ilə görüşür, müraciətinə rəsmi qaydada rayon icra hakimiyyəti tərəfindən məktubla
cavab verilir.
Məruzə ətrafında Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin
Umudov, rayon Maliyyə idarəsinin müdiri Əli Əlizadə, rayon Statistika idarəsinin rəisi
Ədalət Məmmədov, Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi Tərtər
Elektrik Şəbəkəsinin rəisi Vilayət Qafarov, Suvarma Sistemləri İdarəsinin rəisi Şəmil
Ziyadov və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev çıxış
ediblər.
Hesabat yığıncağı icra başçısının məruzəsini nəzərə alaraq müvafiq qərar qəbul edib.

dia-az.info

Tərtər Rayon İcra Hakimiyyətində “2023-cü ilin yekunları və qarşıda duran vəzifələr barədə” hesabat yığıncağı keçirilib
Tərtər Rayon İcra Hakimiyyətində “2023-cü ilin yekunları və qarşıda duran vəzifələr barədə” hesabat yığıncağı keçirilib
Tərtər Rayon İcra Hakimiyyətində “2023-cü ilin yekunları və qarşıda duran vəzifələr barədə” hesabat yığıncağı keçirilib
Tarix: 7-03-2024, 17:39
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}