Tərtərdə Vətən Müharibəsi şəhidi Ayşad Əzizovun övladlarına kiçik toy mərasimi keçirilib - FOTO

Tərtərdə Vətən Müharibəsi şəhidi Ayşad Əzizovun övladlarına kiçik toy mərasimi keçirilib
Martın 9-da 44 günlük Vətən Müharibəsində fədakarlıq nümunəsi göstərərək
şəhidlik zirvəsinə ucalan, rayonun Əskipara kəndində doğulub boya-başa
çatmış şəhid Əzizov Ayşad Qaryağdı oğlunun övladına kiçik toy mərasimi
keçirilib.
Kiçik toy mərasimində şəhidin ailə üzvləri ilə yanaşı Tərtər Rayon İcra
Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Milli Məclisin Deputatı
Sahib Alıyevin köməkçisi Ədalət Həsənov, aparatın Vətən müharibəsi
iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov,
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə
məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələri, Vətən Müharibəsi qaziləri,
veteranları, şəhidin silahdaşları və sakinlər iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Elvin Umudov
çıxış edərək şəhid övladına xeyir-dua verib, bildirib ki, şəhidlərimizin canı,
qazilərimizin qanı hesabına əldə etdiyimiz Zəfərə görə onlara borcluyuq. İstər
şəhid ailələrinin, istərsə də qazilərimizin daim yanındayıq, onların sevincinə
şərik olub, kədərlərinə üzülürük. Bu bizim mənəvi borcumuzdur.
Qeyd edək ki, N saylı hərbi hissənin müddətdən artıq xidmət keçən hərbi
qulluqçusu Əzizov Ayşad Qaryağdı oğlu 05.09.1990-cı ildə Tərtər rayonunun
Əskipara kəndində anadan olub. 29 sentyabr 2020-ci il tarixdə Talış kəndi
uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid Əzizov Ayşad Qaryağdı oğlu 44 günlük Vətən müharibəsində gedən
döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra, "Vətən
uğrunda", “Laçının azad olunmasına görə” və "Suqovuşanın azad olunmasına
görə" medalı ilə təltif olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.



Tərtərdə Vətən Müharibəsi şəhidi Ayşad Əzizovun övladlarına kiçik toy mərasimi keçirilib
Tərtərdə Vətən Müharibəsi şəhidi Ayşad Əzizovun övladlarına kiçik toy mərasimi keçirilib
Tərtərdə Vətən Müharibəsi şəhidi Ayşad Əzizovun övladlarına kiçik toy mərasimi keçirilib
Tarix: 9-03-2024, 16:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}