Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib
Təhsil Nazirliyinin Şirvan Salyan Regioanal Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib.

Moderator.az-ın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti idarənin müdiri Mənsimli Sənan Famil oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə protokolu yazıb.

Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.

192.4-cü maddəyə əsasən, vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Sənan Mənsimli dövlət xidmətinin qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət edib.

Onun şikayətinə Biləsuvar Rayon Məhkəməsində hakim Nüsrət Mirzəyevin sədrliyi ilə baxılacaq.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib

Tarix: 22-04-2024, 17:59
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}