Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü İsmayılbəyli kəndində keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq 
tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların
rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü İsmayılbəyli
kəndində keçirilib.
Qəbulda YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəis vəzifəsini
icra edən Pərviz Hüseynov, Tərtər Rayon Polis Şöbəsinin qərərgah rəisi
Ruslan Allahverdiyev, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov,
səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra
nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə icra başçısı şəhidlərin xatirəsinə ucaldılmış abidənin  bulağın
önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Rayon rəhbəri qəbulda respublikamızda gedən sosial-iqtisadi inkişafın
xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin İsmayılbəyli
kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud
olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini
narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən
danışıb, bildirib ki, əhali fasifləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki, İsmayılbəyli kənd İƏD-nin 1220 hektar ərazisi, 388 təsərrüfatı,
1624 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 kitabxana, 1 tibb məntəqəsi, 9
ticarət oyekti, 3 iaşə obyekti, 1 məişət obyekti faəliyyət göstərir. Kənd sakinləri
əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 631 baş iribuynuzlu, 840 baş
xırdabuynuzlu heyvan, 5618 baş quş, 44 arı ailəsi saxlayırlar.
Son üç ildə İsmayılbəyli kəndində 5 km məsafədə kəndarası yollar təmir edilib,
su arxları 15 km məsafədə lildən təmizlənib, kənd ərazisində 2000 ədəd çəkil,
200 ədəd eldar şamı, 300 müxtəlif növ ağac əkilib, yol kənarları alaq
otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış
Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin
əlçatanlıq  üstünlüklərini qeyd edib  https://rih.gov.az/ platformasından
istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət
açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok  psixotrop
maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü
maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib.
Kənd sakinlərindən Səyyad Hüseynli əkin üçün bələdiyyədən icarəsinə torpaq
sahəsinin ayrılması, Mehman Mahmudov yeni subartezian quyusunun
qazılması və Şamama Bəşirova içməli su bulaqlarının sayının artırılması ilə
bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə
götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar
verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 8-05-2024, 22:34
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}