Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə Tərtər rayonunda anım mərasimi keçirilib


Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov,
hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, rayon
Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, qazilər, veteranlar, idarə,
müəssisə, təşkilatların kollektivləri  ictimaiyyət nümayəndələri iştirak
ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin 101-ci ildönümünə həsr
edilmiş kitab sərgisinə, məktəblilərin əl işlərindən və rəsmlərindən ibarət
sərgiyə baxıblar.
Sonra Ümummilli liderin abidəsi ziyarət olunaraq, gül dəstələri düzülüb.
Gülqoyma mərasimindən sonra rayon icra hakimiyyətinin başçısı
Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə
Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən
eksponatlara baxıb və Ulu Öndərin 101-ci ildönümü münasibəti ilə keçirilən
rəsm müsabiqəsində yer tutan məktəblilər rayon rəhbəri tərəfindən fəxri
fərnanla təltif ediliblər.
 
Tarix: 10-05-2024, 21:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}