Bərdədə H.Əliyev adina Park-bulvarda Ulu Öndərin xatirəsinə sayğısızlıq

Bərdədə H.Əliyev adina Park-bulvarda Ulu Öndərin xatirəsinə sayğısızlıq Dosye.org saytın elektron ünvanına Bərdə rayonun ziyalıları tərəfindən şikayət məktubu daxil olub. Vətəndaşların xahişini nəzərə alıb məktubu olduğu kimi ixtiyarınıza veririk:

Hamıya məlumdur ki, Ulu Öndərin Bərdə rayonuna ve Bərdəlilərə sonsuz rəgbəti olub. Məhz buna gorədə dahi şəxsiyyət istər SSRI məkaninda, isdərsədə Respublikamizda işlədiyi zamanlar 14 dəfə Bərdə rayonunda olub, muxtəlif müşavirələr, görüşlər keçirərək daim əhalinin sosial rifah halının yaxşılaşması ücün əlindən gələni etmişdir. Bu gündə Mohtərəm Prezidentimiz Cənab Ilham Əliyev həmən siyasəti uğurla davam etdirir. Bunun müqabilində Bərdəlilərdə öz novbəsində Ulu Öndərimizə oz məhəbbətini, sədaqətliliyini Dövllətə və dövlətciliyə xidmətləri ilə təsdiq etmişlər.

Lakin bir qrup işbazlar özlərini Əliyevçi kimi göstərərək onun adından sui istifadə edərək milyonlarla vəsaiti mənimsəyirlər.

Dövlət budcəsindən ogurlayaraq ozlerinə gözəl həyat şəraiti qurmuşlar. Budcədən ayrılmış vəsaitdən istifadə etmək əvəzinə rayon fəallarinin,yerli imkanli iş adamlarinin, idarə və muəssisə rəhbərlərinin bilavasitə şəxsi vəsaiti hesabı dəstəyi və koməkliyi ilə Ulu Ondərin əziz xatirəsinə Tər tər çayının sağ sahilində boyuk bir ərazidə Heydər Əliyev Park-bulvari salınmış müdrik insanin əzəmətli heykəli ucaldılmışdır.

Ilk vaxtlar park cox gozəl görünürdü.Lakin zaman keçdikcə baxımsızlıq ucbatından elə vəziyyət yaranıbki yerə döşənmiş tametlər va daşlar ucub tökülür,elektrik lampalarinin 80 faizi sıradan çıxmışdır. Hal hazırkı vəziyyətdə işiqlandırmadan sohbət gedə bilməz. Belə ki, heykəlin qarşisinda düzülmüş 20 dək elektrik dirəklərindən yalniz ücü ara sira yanir.

Qaranliq düşən vaxtlarda nabələd insan heykəlin harda oldugunu tapa bilməz. Hətta heykəlin uzərinə yonəlik olan işiqlarda yanmirki heykəli hec olmasa işiqlandırsın. Ancaq bele acınacaqlı bir vəziyyətlə bərabər Icra başcisiniin ogluna məxsus oldugu bildirilən "Kafe-Park" iaşə obyektinin işıqları bərq vuraraq uzaqdan muştəri cagırır. Belə deyirlərki, işıqlanmanın olmamasının əsas səbəblərindən biri elektrik enerjisinə ayrilan vəsaitin limitinin bitməsidi. Əgər belədirsə Kafe Parkda niye çil-çıraq hökm sürür. Eləcədə parkda olan attraksionların işıqlari daim yanir. Halbuki orada elektrik enerjisi eyni mənbədən verilir.

Park-Bulvar ictimai əsaslarla saxlanilir.Həmin parkda calışanların əmək haqqı və digər xərcləri ücün vəsaitlər hər ay rayonun idarə-muəssisə rəhbərlərindən və imkanli iş admalarindan 150-300 manat civarinda Icra başçısının koməkcisi tərəfindən toplandigini nəzərə alsaq onda ora Dövlət Budcəsi tərəfindən ayrılmış vəsait necə olur?

Biz gecə vaxtlarinda Ulu Öndərin heykəlinin şəkillərini görüntülü əldə ede bilmədik, cunki işığın olmamasi səbəbindən çəkib sizə təqdim edə bilmədik. Ancaq yaxin günlərdə şəkilləri cəkib sizə göndərəcəyik.

Odurki xahiş edirik bu məsələni ictimailəşdirin ki, o çörəyi yeyənlər hec olmasa baxib utansinlar və insafa gəlib halal yesinlər.

Bir qrup rayon ziyalısı.
Dosye.org

Siam.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Siam.az
Tarix: 1-11-2017, 16:44
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}