Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi Moderator.az-ın 5 yaşını təbrik etdi

Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi Moderator.az-ın 5 yaşını təbrik etdi Bu gün KXCP qərargahında Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağı keçirilib. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev iştirak edib.

İclasa sədrlik edən Azadlıq partiyasının sədri Ə. Orucun verdiyi məlumata görə sədrlər Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılıması münasibətilə bütün Türk Dünyasını təbrik edib, Azərbaycanın “altun körpü” olması haqda tarixi deyimlərin bir daha təsdiqini tapdığını qeyd ediblər.

Əməkdaşlıq Şurası məhkəmələrdə nümayəndəlik institutunun ləğvini insanların müdafiə hüququnun məhdudlaşdırılması kimi qiymətləndirib. 10 milyonluq əhalisi olan bir ölkədə cəmi 970 vəkilin fəaliyyətinə icazə verilməsinin doğru olmadığını bildirib.

Əməkdaşlıq Şurası KXCP qərargahında 15 noyabr saat 12-də Milli Dirçəliş Günü ilə bağlı Dəyirmi masanın keçirilməsi barədə qərar qəbul edib.

KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev Moderator.az saytını fəaliyyətə başlamasının 5-ci ildönümü münasibətilə təbrik edib.

Siam.az -ın kollektivi həmkarlarını təbrik edir ,onlara gələcək fəaliyyətində uğurlar arzulayır.
Tarix: 1-11-2017, 22:34
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}