Azərbaycan Ermənistanı "oyundan" kənarlaşdırır

Azərbaycan Ermənistanı "oyundan" kənarlaşdırır  İranın və Rusiyanın strateji müttəfiqi olan Ermənistan, formalaşmaqda olan birlikdən kənardadır
Sputnik. Tehranda, Azərbaycan, Rusiya və İran prezidentləri arasında keçirilən görüş həftənin ən önəmli hadisəsi oldu. Xatırladaq ki, prezidentlər üçtərəfli görüşlə yanaşı, ikitərəfli görüşlər də keçiriblər. Görüşlər zamanı Qarabağ problemi də müzakirə edilib.


Görünən budur ki, Tehran-Bakı-Moskva üçbucağı formalaşdırılır. İstənilən halda, prezidentlərin görüşü olduqca əhəmiyyətli hadisədir. Tehran görüşündə çox iddialı layihələrə toxunulub və çox böyük intqerasiyanın əsası qoyulub.

Maraqlısı odur ki, İranın və Rusiyanın strateji müttəfiqi olan Ermənistan, formalaşmaqda olan birlikdən kənardadır. İranla və Rusiya ilə əməkdaşlığa ümid bəsləyən ermənilər üçün bu, böyük itkidir.

Digər tərəfdən, Tehran – Bakı – Moskva formatı geosiyasi baxımından İranın Amerikadan mümkün qədər uzaqlaşması, Rusiyaya daha da yaxınlaşması deməkdir. Bu, Emənistanın Avrasiya İqtisadi İttifaqının üzvü kimi, Rusiya ilə İran arasında birləşdirici halqa olmaq niyyətini də puça çıxır. Bakı isə ermənilərin can atdığı layihələrdə iştirak edir.

Onu da nəzərə alaq ki, İrana Rusiyanın "S-300" komplekslərinin tədarükü ilə bağlı prosesləri də dəfələrlə təxirə salınıb. Rəsmi Tehranın, Moskvanın neft hasilatının dondurulmasına dair təklifini rədd qərarı Kremldə birmənalı qarşılanmadı. Bunun ardınca isə Rusiya gözlənilmədən İrana görə Suriyaya ekspedisiya reallaşdırdı.

Yəni, artıq strateji tərəfdaşlıqdan da söhbət belə gedə bilməz. İki ölkə arasında müttəfiqlik dedikdə, söhbət regional əməkdaşlıqdan, regionun gündəmində olan məsələlərdən – Xəzərin statusunun müəyyənləşdirilməsi və regional əhəmiyyətli bir sıra iqtisadi layihələr ibarətdir.

Lakin problemlər də mövcuddur. Bakı-Moskva-Tehran üçlüyündə əsas problem ondan ibarətdir ki, danışıqlar strateji dialoq əhəmiyyəti daşıyır. Azərbaycan, Rusiya və İranın həqiqi strateji müttəfiqliyi bu mərhələdə mümkün deyil, lakin bölgədə gedən proseslər fonunda Tehran görüşü son dərəcə mühümdür.


Burada bir məsələyə də toxunmaq lazım gəlir. ABŞ-ın nüvə müqaviləsindən çıxması ilə bağlı təhdidi, onun BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsindən çıxması demək olacaq. Vaşınqton Təhlükəsizlik Şurasında veto mexanizmini aradan qaldırmaq təklifi ilə beynalxalq hüquq normalarını növbəti dəfə pozmuş olur.

ABŞ-Rusiya, həmçinin ABŞ-Çin münasibətlərinin pozulması, Avropada və Yaxın Şərqdə ABŞ nəzarətində olan proseslər İranı daha aqressiv ABŞ siyasətinin əsas obyektinə çevirir. Bu məsələdə Rusiya ilə mövqelərin birliyi İran İslam Respublikası üçün vacibdir və məsələ özlüyündə üçtərəfli görüşün əsasını təşkil edir.

Bu baxımdan, İran prezidentinin Rusiya prezidentinə etdiyi, ABŞ dollarını milli valyuta ilə əvəzlənmək təklifi və İranın nüvə proqramı üzrə birgə fəaliyyət planının imzalanması tamamilə yeni dəngələr yaradır. Nəqliyyat dəhlizinin yaradılması və ya Xəzərin statusu məsələsində mövqelərin yaxınlaşması da maraq doğurur.

Onu da nəzərə alaq ki, Tehran görüşü Bakı-Tiflis-Qars xəttinin açılışından sonra reallaşdı. Bu isə balans siyasətinin davamıdır. Sözsüz ki, İran Türkiyənin təsir dairəsinin genişlənməsi prosesinə passiv müşahidəçi qismində qalmaq niyyətində deyil. Yaxın zamanlarda bölgədə təsir uğrunda açıq rəqabətin də şahidi ola bilərik.

Bunun üçün hansı müvəqqəti alyanslar yaradılacağı, əsas oyunçuların regionun önəmli bəndi – Azərbaycanla hansı münasibətləri quracağı Cənubi Qafqazda hadisələrin inkişafından asılı olacaq. Rusiya-İran-Azərbaycan formatı Cənubi Qafqazda sülhün bərqərar olmasına öz töhfəsini verə bilər. Bu baxımdan, regional layihələrdən kənarda qalan Ermənistan, istər-istəməz Qarabağ danışıqlarında güzəştlərə getməyə vadar olacaq. Əks təqdirsə, İrəvanı tam təcrid gözləyə bilər…


Tarix: 4-11-2017, 08:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}