Prokurorluq Eldar Mahmudovun həbs olunması üçün təqdimat hazırlayıb

Prokurorluq Eldar Mahmudovun həbs olunması üçün təqdimat hazırlayıb Keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudov həbs olunur. Prokurorluq onun barəsində həbs-qətimkan tədbiri seçilməsi məqsədilə məhkəməyə təqdim etmək üçün təqdimat hazırlayıb. Prokurorluğun bu haqda vəsatəti həbs qərarının verilməsi üçün Nəsimi Rayon Məhkəməsinə təqdim olunacaq. Bu haqda “Azadliq.info”ya hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Bu arada, “virtualaz.org” saytı da Eldar Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağrılması haqda məlumat yayıb. Bildirilir ki, bu xəbəri Baş Prokurorluğun mətbuat xidməti verib.

Eldar Mahmudovun qeyri iş günündə (şənbə) dindirməyə çağrılması da onunla bağlı müəyyən planların olmasını düşünməyə əsas verir.

Qeyd edək ki, bir gün öncə Eldar Mahmudovun əmisi oğlu Vüqar Məmmədov həbs olunub. Vüqar Mahmudov keçmiş nazirin əmisi oğlu olmaqla yanaşı, həm də köməkçisi idi. Akif Çovdarov və digər keçmiş MTN-çilərlə bağlı cinayət işindəki epizodların bir çoxunda, o cümlədən göstərişlərin verilməsi, pulların çatdırılmasında onun da adı çəkilirdi. Vüqar Mahmudov özü də məhkəmədə dindirilmişdi.

V.Mahmudova dövlət əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də tamahkarlıq və şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə əməllərinə görə ittihamlar elan edilməklə, barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Siam.az
Tarix: 4-11-2017, 15:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}