MTN işində final: bu gün Eldar Mahmudovun həbsi gözlənilir - Gəlişmə

MTN işində final: bu gün Eldar Mahmudovun həbsi gözlənilir - Gəlişmə Bu gün sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov istintaqa yenidən dəvət oluna bilər

Palitika.Az xəbər verir ki, məqalə hazırlanarkən axşam saatları idi və son xəbər onun noyabrın 10-da prokurorluqda ifadə verəcəyi idi.

Noyabrın 10-da Eldar Mahmudov növbəti dəfə - artıq 3-cü dəfə ifadə vermək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılacaq. Burda onun barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Lakin bu məlumatlar çaşdırıcı da ola bilər. Çünki rabitəçilərin işinin yüngülləşdirilməsi fonunda sabiq nazirin həbsinə gediləcəyi inandırıcı görünmür.

Əgər bu gün E.Mahmudov barəsində həbs qərarı çıxarılmasa, onun bundan sonra həbs olunacağı ehtimalı tam sıfıra enəcək.

Sadəcə, “AzPolitika.info”nun məlumatına görə, günorta saatlarından başlayaraq, PA-nın nəzarəti altındakı saytlarda Eldar Mahmudovun 2 gündən sonra həbs olunacağı barədə informasiyalar verilib.

Şübhəsiz ki, sabiq nazirin həbsi istisna oluna bilməz – 2 ildən sonra gözlənilmədən istintaqa cəlb olunması onun üçün belə bir təhlükənin real olduğunu göstərir.

Lakin müşahidələr belə deməyə əsas verir ki, hakimiyyətin məqsədi E.Mahmudovu həbs etmək yox, daha çox psixoloji təzyiqlə onu nəyəsə məcbur etməkdir.

Mahmudovun gözlənilmədən həbsi, onun ardınca isə sabiq nazirin son 2 ildə ilk dəfə olaraq istintaqa çağırılması ilə bağlı xəbərin dərhal tirajlanması, əlbəttə ki, səbəbsiz deyil.

Öncə qeyd edilməlidir ki, 2 ildən sonra həm E.Mahmudovun ən yaxın sirdaşının ciddi ittihamlarla həbsə alınması və özünün istintaqa çağırılması siyasi qərardır.

E.Mahmudovun istintaqa çağırılması bir müstəntiqin və ya bir idarənin qərar verəcəyi iş deyil.

Çünki E.Mahmudov 11 il ölkənin ən strateji postlarından hesab olunan MTN-də rəhbər olub və onunla bağlı hətta işdən çıxarıldıqdan sonra da hər hansı bir qərar yenə hakimiyyətin ən üst düzəyindən verilir.

Palitika.Az xəbər verir ki, o da mümkündür ki, hakimiyyət E.Mahmudovu ev dustağı etsə də, bu, ona nəzarət üçün kifayət etməsin.

Nəhayət, istisna deyil ki, cəmiyyətdə MTN işinə görə əsas günahkarın Eldar Mahmudovun olması ilə bağlı birmənalı rəyi də iqtidarın onunla bağlı mövqeyini dəyişsin.

Eldar Mahmudov nazir təyin ediləndən dərhal sonra- 2004-cü ildə MTN-də işə götürülən əmisi oğlu bu illər ərzində bütün mümkün dövlət mükafatlarını sinəsinə taxdıra bilib.

Vüqar Mahmudov “Hərbi xidmətlərə gorə”, “Vətən uğrunda”, “ İgidliyə görə” medalları, “Vətənə xidmətə görə” ordeni alıb.

Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant V.Mahmudovun adı “MTN işi” istintaqı başlayandan dərhal sonra gündəmə gəlmişdi ki, bu da təsadüfi deyildi.

Nazirin əmisi oğlunun MTN-də hətta nazir müavinlərindən də səlahiyyətli şəxs olduğu heç kimə sirr deyildi. MTN-in qeyri-qanuni yığdıqları pullar V.Mahmudova verilirdi ki, bu səbəbdən də onu “qara kassa” adlandırırdılar.

Onun bu pulları nazir üçün yığdığı bəlli olduğundan “obşi kotyol”dan kimsə yayına bilməzdi.

V.Mahmudovun nazirin adından danışmaq, əmr vermək və cəzalanacaq iş adamlarının siyahısını hazırlamaq kimi səlahiyyətləri olub. Bildirilir ki, özü də qeyri-qanuni yolla 100-lərlə insanın mülkünü əllərindən alıb.
Tarix: 10-11-2017, 00:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}