Kamaləddin Heydərov gömrüyü vergiyə birləşməkdən necə xilas etdi?
Dövlət Gömrük Komitəsi sədrliyinə gətirilən Səfər Mehdiyev hələ müavin postunda ikən monopoliya “kralı” kimi tanınırdı

FİA.Az mətbuatda yayılmış məlumatlara əsasən yazır ki,
müavinin sədr təyinatı əslində gömrükdə ciddi dəyişiklik olmayıb. S.Mehdiyev komandanı saxlayacaq.

Sadəcə, fövqəladə hallar naziri Kamaləddin Heydərov gömrükdə rəis dəyişikliyi ilə komitənin ləğv edilərək vergilərə birləşdirilməsinin qarşısını almış oldu.

FHN şefi görünür ki, prezidenti inandırmağa çalışıb. Əmin edib ki, gömrüyü vergiyə birləşdirməyə ehtiyac yoxdur, yeni rəis təyin olunsun və neqativlər aradan qaldırılsın.

Az qala gömrük orqanları vergiyə birləşdiriləcəkdi, K.Heydərovun ciddi payı əlindən çıxaraq Mikayıl Cabbarovun nəzarətinə keçəcəkdi.

Bununla da “fövqəlnazir” gömrüyü vergiyə birləşdirmək təhlükəsindən xilas etdi, öz inhisarında saxladı. S.Mehdiyev də onun kadrıdır və A.Əliyevdən fərqli iş görəcəyi gözlənmir.

Çünki bu təyinata qədər mətbuatda daim onun adı inhisarçılıqda hallanıb. Sadəcə, fiqur dəyişikliyi struktur dəyişikliyinin qarşısını almağa hesablanmış addım idi.

Yerli KİV-də verilən məlumatlarda da net şəkildə göstərilən gömrük generalı Səfər Mehdiyevin Hindistandan ölkəmizə gətirilən bütün ət məhsullarını inhisara alması faktıdır.

Qeyri-ərzaq və bəzi ərzaq növlərinin idxalı üzrə monopoliya aradan götürülsə, əsas ərzaq növləri üzrə monopoliya qalmaqdadır.

Hazırda bazarda Hindistandan mal ətinin idxalı və satışı ilə S.Mediyevin yaxın adamı – bacanağı Gündüz adlı şəxs məşğul olur.

“Babək” və “Orxan” şirkətlərinin sahibi olan Gündüz adlı bacanaq Hindistandan ölkəmizə idxal olunan ətlərinin monopolistidir.

Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz.

Səfər Mehdiyev əlindəki geniş imkanlardan istifadə edərək özünün bütün yaxın-uzaq qohumlarını Gömrük Komitəsində işlə təmin edib.

Yəni demək olar ki, DGK başdan-başa onun qohumlarından ibarətdir. Bildirilənə görə, Dövlət Gömrük Komitəsinə işə qəbula Səfər Mehdiyevin qayınatası Qulu Tarquliyev rəhbərlik edir.

FİA.Az KİV-ə istinadla xəbər verir ki, Səfər Mehdiyevin qardaşları, bacısı övladları yüksək vəzifələrdə çalışırlar. Əksəriyyəti guya Gömrük Komitəsinə test üsulu ilə qəbul olunublar.

Hətta iddia olunur ki, Səfər Mehdiyevin bacısının əri də Gömrük Komitəsində meydan sulayır, orta təhsillidir.

Bacısının 3 kürəkəni, bacısı oğlu, qayınatası, bacanaqları, bibisi və dayısı uşaqları, bir sözlə, 70-ə yaxın qohumu gömrük xidmətində işləyirlər. Bunlar guya işə testlə qəbul ediliblər.

Yayılan məlumatlara görə, broker Əbülfəz Məlikovun gömrük generalı Səfər Mehdiyevlə münasibətləri pisləşib.

S.Mehdiyev Ə.Məlikovun imtiyazlı biznes imkanlarını qapadıb və brokerlərə yalnız qanuni funksiyaları ilə məğul olmaq tapşırılıb.

Yəni indi brokerlər yalnız iş adamlarının yalnız öz istəyi ilə ölkəyə gətirdikləri malların gömrükdə rəsmiləşməsinə yardımçı ola bilərlər.

İş adamları da bu məsələdə qərar qəbul etməkdə sərbəstdirlər. Eyni zamanda Ə.Məlikovun imtiyazlı biznesi ləğv edilib. Yəni gömrük rəsmiləşməsində Ə.Məlikov amili artıq nəzərə alınmır.

Ə.Məlikov imtiyazları bərpa etmək üçün çoxsaylı cəhdlər etsə də, S.Mehdiyevin sərt təpkisi ilə üzləşib. Biznesinə qarşı təhlükə hiss edən Ə.Məlikov ölkəni tərk etməyə məcbur olub.