Nəsimi RİH “Torqovı”da bahalı küçəni satıb – Müəmma/Fotolar

                     Bakının köhnə məhəllələrindən olan L.Tolstoy küçəsi də tikinti firmaları arasında bölüşdürülüb. Şəhərin mərkəzi olan, “Torqovıy”a çıxan küçənin sağında və solundakı tikililər şumlanıb.
 
Həmin yerlər hasarlanaraq yeni binalar tikiləcəyi anons edilib. Amma heç bir iş getmir. Hasarlardan birinin qarşısında “Kənan” yazılıb və hansı şirkətdən söhbət getdiyi bilinmir.
Digərinin önündə isə göydələn maketi vurulub və hansı firmanın iş aparacağı ümumiyyətlə, gizli saxlanıb.
Nəsimi Rayon İcra Hakimiyyətinin sərəncamı ilə sökülən və alınan bu ərazilərə hansı şirkətlərin sahibləndiyi açıqlanmır.
 
Nəsimi rayon icra başçısı Asif Əsgərovun Səbail rayonunda rəhbər olduğu dövrdə torpaqları qarış-qarış satdığı məlum idi.
 Nəsiminin icra başçısı Asif Əsgərov
İndi isə qonşu rayonda əməllərini davam etdirir. Sadəcə, ərazini hansı firmaya satıbsa, məlumat verilməlidir.
Hasarın qarşısında yazılan “Kenan”ın MTK və ya MMC olduğu bilinmir. Ərazi çəpərlənib və maşınların dayanacaq meydançasına çevrilib.
 
Bakıda təkcə “Kənan – Turan” MTK var ki, Xırdalanda bina inşa edib. Tolstoy küçəsindəki digər ərazinin mühasirəyə alınmasına baxmayaraq, iş aparacaq podratçı firma haqda heç bir məlumat yoxdur.
Onu da deyək ki, Ş.Bədəlbəylidən Fəvvarələr meydanına düşən Tolstoy küçəsində çoxlu köhnə tikililər var. Onlar bir-bir söküləcəklər.
 
 Yunis/AzEuroNews.com/
Tarix: 30-04-2018, 16:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}