Nikol Paşinyandan bəyanat:“Qarabağ məsələsi dialoq vasitəsi ilə həll olunmalıdır”



“Qarabağ məsələsi dialoq vasitəsilə həll olunmalıdır”.

Strateq.az bildirir ki, bu sözləri Ermənistan müxalifətinin lideri, baş nazir postuna namizəd Nikol Paşinyan BBC-yə müsahibəsində deyib: “İndi elə təsəvvür yaranır ki, Azərbaycanın məqsədi Ermənistanın və Dağlıq Qarabağın kapitulyasiyasıdır. Bu ki, qeyri-konstruktivdir. Mən düşünürəm ki, ilk növbədə dialoq, danışıqlar üçün müvafiq atmosfer yaratmaq lazımdır. Biz hesab edirik ki, bunu mütləq etmək lazımdır. Həm Ermənistan, həm, ümumiyyətlə, dünya birliyi bununla bağlı müəyyən nəticələr çıxarmalıdırlar”.

Paşinyan qeyd edib ki, Ermənistan həmişə dialoqa meyilli olub və həmişə Ermənistanın hər bir hakimiyyəti hesab edib ki, Dağlıq Qarabağ məsələsi dialoq vasitəsilə həll olunmalıdır: “Biz kiminsə bu məsələni güc tətbiqiylə çözmək qərarında olduğu qənaətinə gəlməyə əsas verən ritorikanı istisna etməliyik. Belə şey olmamalıdır. XXI əsrdir, biz mədəni ölkələrik. Lakin bu, o demək deyil ki, mədənilik zəiflik kimi yozulmalıdır”.

Tarix: 30-04-2018, 23:09
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}