İrəvan qarışdı: Bakı hücum etməlidirmi? – İki variant
Ermənistan okeanda sükansız qalan gəmiyə bənzəyir, istənilən istiqamətə yön ala bilər. Biz isə öz növbəsində belə bir gəminin marşrut trayektoriyasını öyrənməliyik.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistandakı son vəziyyəti dəyərləndirərkən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi hesab edir ki, Azərbaycan indiki vəziyyətdə ermənilər qədər Ermənistanda hadisələrin necə inkişaf edə biləcəyi üzərində düşünməlidir:
“Ermənistanda vətəndaş müharibəsi başlayarsa, bu nə dərəcədə Azərbaycanın xeyrinə olacaq? Ermənistan 1990-cı illərin əvvəllərində eyni sutiasiyadan istifadə edərək Rusiyanın dəstəyi ilə Azərbaycanı vətəndaş müharibəsinin astanasına gətirdi və müdafiəsi zəifləyən torpaqlarımızı işğal etdi. İndi də Ermənistanda eyni vəziyyət yaranıb. Bəs, biz də vaxtilə ermənilərin istifadə etdiyi taktikadan yararlanmalıyıqmı? Bu suala cavabda Azərbaycanda iki yanaşma tərzi var. Bir qisim deyir ki, yaxşı fürsət yaranıb, ordumuz hücuma keçib torpaqlarımızı azad edə bilər. İkinci qisim isə tam tərsinə deyir ki, hücuma keçsək, Ermənistan cəmiyyəti Azərbaycana qarşı mübarizədə yenidən birləşəcək, bu isə bizə lazım deyil. İkincilərin digər arqumenti budur ki, Ermənistandakı dərəbəyliyin davamını gözləmək lazımdır. Məsələnin başqa tərəfi də var. 1990-ci illərdə Ermənistan Rusiya ilə birgə Azərbaycana qarşı hərəkət etdi. Burada rollar dəyişməyəcək. Rusiya bizimlə birgə bu dəfə Ermənistanı zəiflətmək üçün hərəkət etməyəcək. Bu Moskvaya lazım deyil. Yəni biz hücuma keçsək belə, yenə qarşımızda Rusiyanı görəcəyik”.
Politoloq bildirib ki, müharibə variantının riskləri az deyil:
“Ancaq Ermənistanı elə bugünlərdə də hərbi təzyiq altında saxlamağa Rusiya bizə mane olmur. O ki qaldı Ermənistanda vətəndaş müharibəsi ssenarisinin bizə nə dərəcədə yararlı olub-olmamasına, işğalçını daxildən zəiflədəcək istənilən ssenari xeyrimizədir, bir şərtlə ki, baş verənlərə tam seyrçi qalmayaq. Məsələn, Paşinyana Gürcüstan üzərindən mesajlar göndərməkdə qəbahət görmürəm. O, Qarabağ məsələsində Sərkisyanın dediklərini təkrarlasa da, hər halda, nə Köçəryan, nə də Sərkisyandır. Zənnimcə, onu doğru yola gətirmək üçün əlimizdə iqtisadi və hərbi alətlər var”.
Tarix: 2-05-2018, 14:09
-
Bu gün, 14:06
“Bizə 120-130 F-16 qırıcısı lazmdır” – Zelenskidən müttəfiqlərinə təcili çağırış
-
Bu gün, 14:04
Tatarların "Atəş" partizan hərəkatı: Rusiya USQ-nin Novorossiyskə hücumuna belə hazırlaşır (FOTO)
-
Bu gün, 14:00
Gürcüstanda etirazlar – Amerikanın Səsinin jurnalisti Tbilisidən məlumat verir
-
Bu gün, 13:58
Putin: Şübhə yoxdur ki, dünya getdikcə çoxqütblü olur
-
Bu gün, 13:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
-
Bu gün, 12:13
Lavrov səhvən Putinə "uzunqulaq" dedi
-
Bu gün, 12:06
Belə çıxır ki, hökumətin məqsədi ancaq qiymət artımı idi,...
-
Bu gün, 12:04
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
-
Bu gün, 11:49
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar" - Professordan SENSASİON YAZI
-
Bu gün, 11:30
Yerli icra orqanları normativlərə əməl etmir – Su anbarlarında təhlükəli vəziyyət yaranıb?
-
Bu gün, 10:59
AZAL hava gəmilərinin təhlükəsizliyini təmin etmədiyinə görə cərimələndi - QƏRAR
-
Bu gün, 10:42
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
-
Bu gün, 10:37
“Gürcü arzusu” və “rus qanunu” vətəndaş cəmiyyətinə qarşı Diana Petriaşvili, “Mediaşəbəkə”
-
Bu gün, 10:35
"Veysəloğlu" şirkəti ilə bağlı qərar çıxarıldı
-
Bu gün, 10:32
Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”
-
Bu gün, 09:10
İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...
-
Bu gün, 08:52
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
-
Bu gün, 08:51
Qida təhlükəsizliyinə laqeyd yanaşmaq olmaz
-
Bu gün, 08:19
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
-
Bu gün, 07:48
"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO
-
Bu gün, 07:43
Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya
-
Bu gün, 07:37
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
-
Bu gün, 07:35
Parlament seçkiləri: hakimiyyət tələsir?
-
Bu gün, 00:04
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
-
Bu gün, 00:03
Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var… – YENİLƏNİB
-
Bu gün, 00:03
Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?
-
Bu gün, 00:03
“Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır – Video
-
Dünən, 23:12
Həmkarlar İttifaqları Konfederasiyası 19 milyon manatı hara xərcləyib? - RƏSMİ
-
Dünən, 23:08
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
-
Dünən, 23:07
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
{sape_links}{sape_article}