Ukraynalı deputatı döyən şəxsləri Bakıya hansı tellər bağlayır...


36 yaşlı Mustafa Nayyem daha öncə də hücuma məruz qalıbmış

Ukraynanın gənc deputatı Mustafa Nayyemi aprelin 30-da naməlum şəxslər tərəfindən döyülüb. Paytaxt Kiyevin Bassarabiya bazarı ətrafında baş verən olay hələ də müzakirə predmeti olaraq qalır. Deputatın sözlərinə görə, əvvəlcə yolda xuliqanlıq edən şəxslərlə sözü çəp gəlib, daha sonra 4-5 nəfər onu döyüb. Döyülən deputat hazırda xəstəxanadadır. Qardaşı Masi Nayyeminin dediyinə görə, deputatın vəziyyəti yaxşıdır. Masi Nayyemi də qeyd edib ki, hücum siyasi fəaliyyətlə bağlı deyil. Hüquq-mühafizə orqanları da mətbuata açıqlama verərək bildirib ki, artıq olayla bağlı  4 nəfər saxlanılıb.

Deputat bundan sonra sosial şəbəkədə maraqlı məlumat paylaşıb. Qeyd edib ki, onu döyən əsas şəxs gizlənməyi bacarıb və o, Bakıya qaçıb, orada gizlənib:

“Həmin şəxs yoldaşlarının zəngindən sonra hadisə yerinə gələrək mənə zərbələr endirib. Çox güman ki, dəstənin başçısı idi. Onu tutmağa söz vermişdilər, lakin məlum oldu ki, Borispoldan Bakıya uçub”.

“Deputat Mustafa Nayyemlə münaqişədə olan  iştirakçılardan biri də Magomed-Amin Saitov ola bilər”. Bu haqda “Ukrainskaya pravda” qəzeti yazıb. Qeyd edək ki, deputat uzun müddət bu qəzetin müxbiri vəzifəsində çalışıb. Beləliklə, qəzetin iddiasına görə, Saitov aprelin 30-da Kiyevdə Bessarabiya bazarının yaxınlığında, yəni  hadisə yerində olub. Saitovun kimliyinə gəldikdə isə o, “BoomBox Promotions” şirkətinin təsisçilərindən biridir. Onun bir qardaşı Musa Saitov  “Çeçen xalqının diasporu” QHT-nin rəhbəri və digər qardaşı isə “BoomBox Promotions” şirkətinin direktor köməkçisidir. Ümumiyyətlə, bu şirkət “IBF” Beynəlxalq çempionu və Continental “WBA” çempionu olan Hüseyn Baysangurovun da daxil olduğu bir neçə boksçunun maraqlarını təmsil edir. Mayın 2-dən 4-dək isə Bakıda “BoomBox Promotions” döyüşçülərinin iştirakı ilə idman tədbirləri keçiriləcək.

Mustafa Nayyem ile ilgili görsel sonucu

Ukraynalı deputatı döyən şəxsin Bakıda gizlənməsi iddiası ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı Daxili İşlər Nazirliyinin mövqeyini öyrənməyə çalışıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məsələyə bu cür şərh bildirib: “Əgər deputat döyülməsi haqda hüquq-mühafizə orqanlarına məlumat veribsə, yəqin ki, bizim nazirliyə müraciət olunacaq”. Ehsan Zahidov qeyd edib ki, nazirliyə məlumat veriləcəyi təqdirdə belə bu haqda mətbuata hər hansı informasiya bildirilməyəcək:

“Bu nazirliyin öz işidir”.

Mustafa Nayyem ile ilgili görsel sonucu

Bəs deputat Mustafa Nayyemi kimdir?

Məlumat üçün bildirək ki, deputat bundan əvvəl də döyülmə olayı ilə qarşılaşıb. Belə ki, o,  2012-ci ilin 30 iyul tarixində motosiklet sürərkən Regionlar Konqresinin nümayəndələrindən birinin avtomobillə onun qarşısını kəsdiyini və onu döydüklərini iddia etmişdi. Lakin hüquq-mühafizə orqanları onun iddiasına görə heç bir əsas görməyib, işi bağlamışdı.

Mustafa Nayyem ile ilgili görsel sonucu

Deputatın kimliyinə gəldikdə isə o, 1981-ci ildə Əfqanıstanın Kabil şəhərində anadan olub. 3 yaşında anasını itirdikdən sonra atası onu da götürüb Moskvaya, daha sonra Ukraynaya gedib. Gənc Mustafa kosmik sistemi və aviasiyanı öyrənən fakültəni bitirməsinə baxmayaraq jurnalist kimi fəaliyyət göstərməyə başlayıb. Deputat olana qədər o, Ukraynanın ən məşhur qəzet və televiziyalarında aparıcı, müxbir kimi çalışıb. Bu illər ərzində hər zaman qalmaqallı yazıları ilə gündəmə gəlməyi bacarır. Yazılarına və mövqeyinə görə bir neçə dəfə polis idarəsinə çağırılıb.

Mustafa Nayyem maydan ile ilgili görsel sonucu

2013-cü ildə isə ukraynalıları Maydana çağıran ilk şəxslərdən biri kimi tarixə düşüb.


Musavat.com

Tarix: 3-05-2018, 14:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}