Gömrük Komitəsində ciddi kadr dəyişikliyi - Kimlər hara təyin olundu?

 

Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədov vəzifəsindən azad edilib.

AzVision.az xəbər verir ki, gömrük orqanlarından xaric edilən Məmmədovun yerinə Şirvan Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov təyin edilib.

Qeyd edək ki, Azər Məmmədov keçmiş təhsil naziri Misir Mərdanovun kürəkənidir.
 


 

 Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov vəzifəsindən azad edilib. Onun yerinə Kənan Məmmədov təyinat alıb.
Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən Mehman Sadıqov Şirvan Gömrük İdarəsinə rəis təyin edilib. Şirvan Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov isə Xaçmaz Gömrük idarəsinə gətirilib.

Qeyd edək ki, Pərviz Rəhimov azərbaycanlı oliqarx-milyarder İlham Rəhimovun qohumudur.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev mətbuata açıqlamasında qurumda ciddi islahatların aparılacağını bəyan edib.
 
Tarix: 4-05-2018, 13:16
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}