Müxalifətdən “hərbi yol seçilməlidir” bəyanatları


Əli Əliyev: “Paşinyanı və digər-yanları əsgərimiz sakitləşdirə, əhilləşdirə bilər”; Əli Orucov: “Hakimiyyətdə kimin olmasından asılı olmayaraq Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı işğalçı siyasəti dəyişməz qalacaq”

Ermənistanda 1 aya yaxın davam edən mitinqlər Serj Sərkisyanın hakimiyyətdən getməsi və Qarabağ klanının böyük zərbə alması ilə nəticələndi. İşğalçı ölkədə mitinqləri getdiyi günlərdə Azərbaycanın müxalifət düşərgəsinin təmsilçiləri, hətta bir sıra hakimiyyət təmsilçiləri belə ümidə qapılmışdılar ki, Qarabağ klanı iqtidardan getsə və ermənistanlı Nikol Paşinyan hakimiyyətə gəlsə, bəlkə o zaman ermənilər Qarabağ məsələsində konstruktiv mövqeyə gələrlər. Nikol Paşinyan baş nazir postunu ələ keçirdi və hakimiyyətinin ilk günlərindəcə Qarabağ məsələsində Serj Sərkisyandan sərt mövqe ortaya qoydu.

Bəs, baş nazir Paşinyanın ilk günlərdən verdiyi bəyanatlar ümidləri puç etdimi?

VİP sədri Əli Əliyev bildirdi ki, Paşinyana ümid etməyin əleyhinə ilk günlərdən olub: “Mənim mövqeyim ilk gündən fərqli olub. Erməni ictimai rəyinə söykənən heç kəs hakimiyyətə gəldiyi zaman milli maraqlar məsələsində fərqli mövqe nümayiş etdirə bilməz. Haylar təhtəlşüur səviyyəsində erməni xəstəliyi adlanan bəlaya mübtəladırlar. Onlar heç vaxt mütəvazi ola bilməzlər. Bu sərsəm fikri ictimai şüurumuzdan silməliyik. Onların yaxşı olmaları, zəif olmalarına qədərdir. Gücləndikcə, arxadan zərbə vuracaqlar.

VÄ°P sÉdri Æli Æliyev ile ilgili görsel sonucu

Təsadüfi deyil ki, dünya mütəfəfəkkirləri Hindistandan köç etmiş bu etnosu bütün mənfi epitetlərlə toplum olaraq xarakterizə ediblər. Erməni o vaxt yaxşı olur ki, səndən asılı olur, qapazın altda olur. Ona görə də, Paşinyanın Sərkisyandan yaxşı olması, absurddur. Qətiyyən ola bilməz. Demişdim ki, bu Sərkisyandan da pis olacaq. Əminəm ki, bu belə də olacaq. Artıq Qarabağda verdiyi bəyanatlardan aydın olur ki, aqressivdir, amansızdır, güzəştsizdir. Paşinyanı və digər-yanları əsgərimiz sakitləşdirə, əhilləşdirə bilər. Hələlik isə onların həyasız və aşağılayıcı bəyanatlarını eşitmək zorundayıq”.

AÄ Partiyanın sÉdri Tural Abbaslı ile ilgili görsel sonucu

AĞ Partiyanın sədri Tural Abbaslı da bu günə qədər heç bir erməni siyasətçisinin konstruktivliyinə inanmayıb və bundan sonra da inanmayacaq. Çünki tariximiz bizlərə erməni xiskətinin nə olduğunu dəfələrlə göstərib: “Əgər kimlərsə istər Paşinyan, istər Petrosyan və ya başqa hər hansı erməni siyasətçisinin normal məntiqə əsaslanan siyasət yürüdə biləcəyinə inanırsa, demək ki, onların siyasətdən xəbərləri yoxdur. Qarabağ məsələsi həm Azərbaycan, həm də Ermənistan üçün elə bir məsələyə çevirilib ki, bu məsələdə istənilən güzəşt hər iki tərəfdə hakimiyyət dəyişikliyinə səbəb ola bilər. Odur ki, Paşinyana da heç bir ümid bəsləmək olmaz. Hakimiyyətə gələnə qədər nə qədər də konstruktiv bəyanatlar verirdisə də, gəldikdən sonra bunlara əməl etməyəcəkdi necə ki hələlik etmir. Ümumiyyətlə isə Qarabağ konfliktinin həllini Ermənistanın iştirakı ilə düşünmək sadəlövhlükdür. Əgər Ermənistan və onların siyasi rəhbərliklərinin ədalətinə ümdlər varsa bunu unutsunlar, problemin həll yolu Azərbaycanın birtərəfli və cəsarətli qərarlarından asılı olacaq. Bizim indiki məqamda ümid edə biləcəyimiz yeganə müsbət dəyişiklik Ermənistanın Qərbyönlü siyasət yürütməyi nəticəsində Rusiya ilə aralarında əmələ gələ biləcək siyasi qarşıdurmanın yaradacağı şanslar ola bilər. O da təbii ki, Azərbaycan hakimiyyəti zamanında dəyərləndirib lazımi addımları ata bilsə”.

AMÄ°P katibi Æli Orucov ile ilgili görsel sonucu

AMİP katibi Əli Orucov isə qeyd etdi ki, hakimiyyətdə kimlərin olmasından asılı olmayaraq Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı işğalçı siyasəti dəyişməz qalacaq: “Bu, tarixi, etnik və ənənəvi köklərə bağlıdır. Türkə nifrət ermənilərin ideoloji xəttidir və bu hər bir erməniyə lap körpəlikdən aşılanır. Ermənistan lap demokratik ölkə olsa, rəhbərliyi də demokratik şəxs olsa bizim onlardan nəsə gözləməyimiz sadəlövhlükdür. Paşinyanın fəaliyyəti və keçdiyi yol heç də Sarkisyandan fəqrlənmir. Əksinə, onun ideoloji xətti daşnaqların ideologiyasıdır. Daşnaqlar da bildiyiniz kimi, türkün ən qəddar düşmənləri sayılır. Ümumiyyətlə biz düşməni hələ də yaxşı tanımırıq, onu küçümsəyirik, öyrənmirik. Ermənilər isə bizdən fərqli olaraq bizi daha yaxşı tanıyırlar, öyrənirlər. Məhz buna görə də ermənilər daha hiyləgər və məkrli siyasət yürüdə bilirlər. Hələ də anlamaq istəmirik ki, ermənilərin haralı olması, onların bizə baxışlarını dəyişmir. Nikol Paşinyan da ermənidir, erməni millətini təmsil edir. Azərbaycan torpaqlarının işğal edilməsində böyük xidmətləri olan Sərkisyana yenidən hakimiyyət verməyən ermənilər Paşinyana güzəşt imkanı verərlərmi. Təbii ki, yox. Üstəlik də Ermənistan parlamentli respublikadır və parlamentdə müxalifət partiyası olan və Sərksiyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası 59 yerlə üstünlüyünü saxlayır. Məncə, Paşinyan Dağlıq Qarabağ probleminin həllində sələflərindən daha sərt və destruktiv siyasət yürüdəcək. Ona görə də Azərbaycan müharibə ilə bağlı siyasətini dəyişməlidir. Hərbi xətt seçməlidir”.

“Yeni Müsavat”

Tarix: 12-05-2018, 08:49
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}