Günün ulduz falı - 13 MAY :Bu gün emosional yüksəliş günüdür

 Qoç – Bu gün emosional yüksəliş günüdür, lakin ağılla qərarlar verin. Doğru və açıq danışmağınız bəzi anlaşılmazlıqlara son qoyacaq. İntellektual əməklə məşğul olanlar elmi iş aparmaq çün faydalı müqavilələr bağlayacaqlar. Müdirlə ehtiyatlı olun.
Buğa – Bu gün müdriklik və dözüm göstərin. Bu gün işgüzar ezamiyyəti təxirə salın. Qonşularla mübahisəli məsələləri həll edin, planladığınız işləri yerinə yetirin. Qonaqlarınız gələ bilər. Valyuta satmaq üçün yaxşı gündür.
Əkizlər – Bu gün qiymətli hədiyyə ala bilərsiniz, ya da verdiyiniz borcları geri qaytaracaqlar. Öz məqsəd və vəzifələrinizi bu gün aydın şəkildə formalaşdıracaqsınız. Hər şeydə ölçünü gözləyin, duzlu və ədviyyatlı yeməklərdən uzaq durun, məişət problemləri gözlənilir.
Xərçəng – Bu gün öz yalanlarınızın, illüziyalarınızın təsirinə düşə bilərsiniz. Çoxdan əlinizi üzdüyünüz işlər gözləmədən bəhrə verəcək. Evdə mübahisələrdən qaçmaq üçün yaranmış incikliklərə son verin. Yüklənmisiniz, əsəb gərginliyi keçirə bilərsiniz.
Şir – Bu gün dəyişkən əhval – ruhiyyədə və əsəbi olacaqsınız. Lakin uğursuzluqlar qısamüddətlidir, unutmayın! Yoğun iş tempindən sonra karyera yüksəlişi tələb edəcəksiniz. Nüfuzlu şəxslərlə görüş gözlənilir.
Qız – Bu gün istənilən çətin işin öhdəsindən gəlmək olar. Həyatınızda nələrisə dəyişmək arzusu hiss edəcəksiniz. Böyük əmək və enerji sərf etdiyiniz işdən mənfəət götürəcəksinizş. Məhsuldar ideyalar aşıb daşacaq.
Tərəzi – Bu gün münaqişələr, sevgi həyəcanları ilə zəngin gündür.Sevgilinizlə görüş böyük ehtirasla müşayiət olunacaq. Məqsədə çatmaq , işgüzar görüşlər üçün uğursuz gündür. Müdirlə ehtiyatlı olun.
Əqrəb – Həmkarlarınız, qohumlarınız və uşaqlarla yaxşı münasibətlər vəd edən gündür. Əgər səhər saatlarında kefsiz olsanız da günortaya yaxın daxili enerjiniz artacaq.İşdə hüquqi məsələləri qaydaya salmalı olacaqsınız. Valyuta satmaq üçün uğrulu gündür.
Oxatan – Bu gün enerjiniz azalacaq. Alacağınız xəbər sizi və bütün ailə üzvlərinizi sevindirəcək. Cari işlər çətin olmasa da mənfəətli olacaq. Bəzi xırda məişət problemləri gözlənilir.
Oğlaq – Bu gün sakitliyinizi qoruyun. Harmoniya sizə maiyyə sevincləri bəxş edəcək. Dözümlülük nümayiş etdirin, axına qarşı üzməyin. Niyyəinizə çatacaqsınız.Sinir yorğunluğu gözlənilir.
Dolça – Yaradıcılıqla məşğul olanlar üçün yaxşı gündür.Axşama yaxın adamınıza romantik süfrə arxasında keçirə bilərsiniz. Romantik əhvalınız ciddi işlərə mane olacaq. Nüfuzlu adamlarla görüş gözlənilir.
Balıqlar – İşgüzar başlanğıclar üçün yaxşı vaxtdır. Mal – mülk məsələlərindən uzaq durun, əks halda inciklik əldə edəcəksiniz. İdeyalarınızı sərgiləməkdən çəkinməyin. Məhsuldar ideyalarla zəngin gün olacaq./Bizimyol
Tarix: 12-05-2018, 22:39
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}