Saxta əlillik, saxta epikriz, saxta sənəd: Səlim Müslümovun işi ağırlaşır: Yoxlamalar həkimləri də “aparacaq”


Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun vəzifədən gedişindən sonra qurumda olan nöqsanları bir-bir üzə çıxmağa başlayıb. 

Məlumatlara görə, hazırda nazirliyin tərkibində fəaliyyət göstərən tibbi-sosial ekspert komissiyasında (TSEK) ciddi yoxlamalar aparılır. 

Qeyd edək ki, adıçəkilən qurum əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya işinin təşkilini həyata keçirir. Cebhe.info-ya daxil olan məlumata görə, qurumun fəaliyyətində ciddi nöqsanlar aşkar olunub. Mənbə bildirib ki, quruma rəhbərlik edənlər saxta əllik dərəcəsinin verilməsində ittiham olunur: “Hazırda qurumda ciddi proseslər gedir. İşin gedişatında bir çox əməkdaş həbs oluna bilər. Yoxlamalardan məlum olur ki, saxta sənədlərlə bir çox şəxsə əlillik dərəcəsi verilib”. 

Mənbə həmçinin qeyd edib ki, əllik dərəcəsi üçün xəstəxanalardan verilən saxta epikrizlər də (xəstəlik tarixindən çıxarış-red) aşkarlanıb. Bu da TSEK-nin qanunsuz fəaliyyətdə həkimlərlə işbirliyində olduğunu göstərir. Mənbə quruma rəhbərlik edənlərlə bərabər bir sıra həkimlərin də istintaqa cəlb olunacağını istisna etməyib. 

Vilayət Muxtar
Cebhe.info

Tarix: 15-05-2018, 14:15
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}