Tonoyan səngərdən döyüş əmri verdi - Növbəti hücum bu İSTİQAMƏTDƏ OLACAQ


Tonoyan səngərdən döyüş əmri verdi - Növbəti hücum bu İSTİQAMƏTDƏ OLACAQ

Ermənistanın müdafiə naziri David Tonoyan iyunun 22-də Ermənistanın şimal-şərq sərhədinə (Azərbaycanın şimali-qərb sərhədinə -red.) baş çəkib.

Publika.az “Armenpress”ə istinadən xəbər verir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, nazir döyüş mövqelərində qoşun bölmələrinin komandanlığı ilə görüşüb və operativ vəziyyətlə tanış olaraq müəyyən təlimatlar verib.

Ermənistanın müdafiə nazirinin Azərbaycanın şimali-qərb sərhədi ilə üzbəüz yerləşən döyüş mövqelərinə baş çəkməsi ötən ay Naxçıvan cəbhəsində baş verənləri xatırlatdı. David Tonoyan və xarici işlər naziri Zöhrab Mnatsakanyanın mayın 18-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətinə çəkməsi burada düşmən təxribatı ilə nəticələnmişdi. Ermənistanın təxribatının nəticəsində Naxçıvan istiqamətində Azərbaycan əsgəri şəhid olmuşdu.

Mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad olundu, ümumilikdə, 11 min hektara yaxın ərazi nəzarət altına alındı.

Ermənistan Müdafiə Nazirliyinin növbəti dəfə Azərbaycan-Ermənistan sərhədində yerləşən döyüş mövqelərinə baş çəkməsi yeni təxribatların baş verməsini istisna etmir. Ekspertlərə görə, Ermənistan məhz Azərbaycanla həmsərhəd ərazilərdə təxribatlar törətməklə qarşıdurmaya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını qoşmaq niyyəti güdür.


Tarix: 23-06-2018, 21:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}