Bakı bu tarixdə MÜHARİBƏYƏ BAŞLAYACAQ - Polkovnikdən SENSASİYALI SÖZLƏR


Bakı bu tarixdə MÜHARİBƏYƏ BAŞLAYACAQ - Polkovnikdən SENSASİYALI SÖZLƏR

“Azərbaycan Ordusunun hərbi paradı göstərdi ki, Bakı gücünü açıq şəkildə nümayiş etdirir. Müharibə olacaqsa, Türkiyə ordusu də Azərbaycanla birlikdə döyüşəcək. Biz öz ordumuzu təcili şəkildə müasirləşdirməliyik. Bütün maliyyə resursları orduya yönəlməlidir. Müharibə qaçılmazdır və bu 2016-cı ildə “aprel müharibə”sinin təkrarı olmayacaq, daha böyük olacaq”.

Publika.az
xəbər verir ki, bu barədə işğalçı Ermənistan ordusunun polkovniki Koryun Qumaşyan deyib.

Erməni polkovnik Azərbaycan Ordusunun Naxçıvan istiqamətində uğurlu əməliyyatını və Laçın yolunu nəzarətə götürməsini xatırladaraq, qeyd edib ki, rəqib (Azərbaycan) Ermənistanla Qarabağı bağlayan yolları hədəfə götürüb.

“Bu, Azərbaycanın əraziləri azad etmək üçün genişmiqyaslı əməliyyata hazırlaşdığını göstərir. Biz gözləyir və müdafiə olunuruq. Yeni müharibə genişmiqyaslı olacaq. Parad zamanı Azərbaycan Silahlı Qüvvələri gücünü nümayiş etdirdi. Paradı mən də izləyirdim. Azərbaycan ya bu payızda, ya da yazda əməliyyata başlayacaq. Buna görə deyirəm ki, bizim vaxtımız yoxdur”, - deyə erməni polkovnik iddia edib.

Tarix: 29-06-2018, 21:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}