Bakıda ermənilərin taksi şirkəti fəaliyyət göstərir-iddia


Mais Ağayev: “Bizim işimiz maşına ancaq fərqlənmə nişanı verməkdir”

Erməni əsilli Tiqran Xudaverdiyana məxsus “Yandeks” taksi şirkətinin yenidən Bakıda “Uber taksi” firması ilə əməkdaşlığa başlaması ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı hələ ötən il məlumat yayılmışdı. Bildirilmişdi ki, milliyyətcə erməni olan Tiqran Xudaverdiyanın başçılıq etdiyi “Yandeks.Taksi” şirkəti Azərbaycanda nümayəndəliyini yaradır. Məlumatlarda qeyd olunmuşdu ki, Rusiyada qeydiyyata alınmış “Yandeks.Taksi” şirkəti Azərbaycanda “Yandeks Azerbaijan” adı altında fəaliyyət göstərəcək.  Həmin ərəfədə də mətbuatda məlumatlar yayıldı və ictimaiyyətdə qınaq yarandı. Nəticədə şirkətin Azərbaycanda fəaliyyətə başlaması yubandı.  “Yandex.Taksi”nin yaradıcısı və sahibi Tiqran Xudaverdyan millətçi kimi tanınır. 

Bizimyol.az saytı  hələ ötən il yazıb ki, bu şirkət fəaliyyətdə olduğu ölkələrin xəritəsindəki adları həmin ölkənin ana dilində təqdim edəcəyini elan edib. Lakin Azərbaycanın  tərtib olunmuş xəritəsində bu qaydaya əməl olunmayıb. Saytın yazmasına görə, şəhər və rayonlarımızdan yalnız bir neçəsinin adı öz dilimizdə qeyd olunub. O da rus dilində yazılmış formanın altında. Əksər rayonlarımızın adı isə ancaq rus dilində yazılıb. Amma Ermənistanın xəritəsində istisnasız olaraq bütün rayonların adı erməni dilində verilib. Bundan başqa, T.Xudaverdyanın komandası Bakıdakı bəzi memarlıq abidələrinin üzərinə xaç işarəsi qoyaraq həmin tikililəri erməni kilsəsi kimi təqdim edib (ən əsas məqam isə işğal olunmuş rayonlarımızla bağlıdır. Belə ki, “Yandex.Taksi”nin yaradıcıları, məsələn, Ağdamı “Akna”, Xocalını “İvanyan”, Şuşanı “Şuşi”, Füzulini “Varanda” kimi göstəriblər).

yandex taksi bakı ile ilgili görsel sonucu

Məsələ ilə bağlı rəsmi məlumat almaq üçün Bakı Nəqliyyat Agentliyi ilə də əlaqə saxladıq. BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Yeni Müsavat”a bildirdi ki, bu məsələ ilə bağlı hələ ilin əvvəlində mövqe bildiriblər: “Bizim işimiz maşına ancaq fərqlənmə nişanı verməkdir. İstər ”Uber" olsun, istərsə də başqa bir taksi xidməti, bunların özlərinin nəqliyyat vasitələri yoxdur. Sadəcə olaraq, bu şirkətlər maklerliklə məşğuldurlar. Biz də fərqlənmə nişanı verən zaman sürücüdən soruşmuruq ki, bu maşını hansı şirkət üçün taksi kimi sürəcək. Yəni belə bir tələb yoxdur. Bizim əməkdaşlar gündəlik taksi sürücüləri ilə görüşən zaman, sadəcə olaraq, vətəndaşlıq baxımından tövsiyə edirik ki, fərqlənmə almısan, qanuni taksi fəaliyyəti ilə məşğulsan. Ancaq sənin əmək kitabçanda “Uber” şirkəti yazılır.

Mais AÄayev ile ilgili görsel sonucu

Deməli, sənin qazancından erməninin cibinə pul gedir. Ancaq “Uber”in, “Yandeks”in ölkədə fəaliyyətinin qadağan olunması bizim fəaliyyətimizə daxil olan məsələ deyil. İnsanlarımız da başa düşməlidirlər ki, bu vəsaitlər erməninin cibinə axır. Ona görə də “Uber”dən istifadə etməli deyillər.  Ölkəmizin milli maraqları, xalqımızın milli mənafeyinin qorunması BNA və onun hər bir əməkdaşının gündəlik fəaliyyətinin əsasını təşkil edir. Qeyd edildiyi kimi, adıçəkilən şirkətin Ermənistan vətəndaşı və ya erməni əsilli digər bir ölkə vətəndaşı ilə, fərq etməz, birbaşa və yaxud dolayı yolla əlaqəsi varsa, o zaman Bakı Nəqliyyat Agentliyi həmin şirkətlə əməkdaşlıq edən taksi sürücülərinə fərqlənmə nişanının verilməsini dayandıracaq".

Məsələ ilə bağlı münasibət almaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə də əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, yayılan məlumat araşdırılacaq və daha sonra ictimaiyyətə məlumat veriləcək.(“Yeni Müsavat”)


Tarix: 30-06-2018, 09:11
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}