SƏBAİLDƏ DÖVLƏTİ BELƏ DOLANDIRIRLAR!
Redaksiyamıza Səbail rayonu 2-ci Səlyan Dairəsi adlanan ərazidə aparılan qanunsuz tikintilər barədə maraqlı məlumat daxil olub

Ərazidə yaşayan sakinlərin verdikləri məlumata görə, buradakı qazdolurma məntəqəsinə paralel küçədə 2014-cü ildə dövlət tərəfindən haqqı ödənərək, sökülən evlərin yerində yeniləri inşa olunmağa başlayıb.

Məlumatda deyilir ki, 2014-cü ildə Avropa oyunları ilə əlaqədar yol tikintisi məqsədilə sözügedən ərazidə yaşayan sakinlərə evlərinin bir kvadrat metrinə görə 1500 manat kompensasiya ödənilib və əhali buradan köçürülüb. Bundan sonra ərazidə söküntü işləri aparılsa da, bir müddətdən sonra proses müvəqqəti olaraq dayandırılıb.

İddia olunur ki, bu ilin aprelindən başlayaraq, fürsətdən istifadə edən bir qrup “makler” Səbail Rayon İcra Hakimiyyətilə əlbir olaraq, həmin ərazidə yenidən evlər inşa etməyə başlayıblar. Məqsəd isə bu “gecəqonduları” köhnə adı ilə yenidən dövlətə satmaq və külli miqdarda gəlir əldə etməkdir.

eldar-ezizovBu “gecə əməliyyatlarndan” icra başçısı Eldar Əzizovun xəbəri olub-olmadığını söyləmək çətindir. Ancaq sakinlər bildirirlər ki, cəmi 2 gecəyə tikilən və ümumi sahəsi 600-700 kvadrat metr olan evlərdə görüntü üçün artıq yeni sakinlər də yerləşdirilib. Əgər deyilənlər təsdiqini taparsa, bu o deməkdir ki, maxinasiya vasitəsilə dövlətə 1 milyon manatdan artıq məbləğdə ziyan vurulur. Bu hələ bir faktdır.
(azpolitika)