Paşinyanın Qarabağ hiyləsi – ŞƏRH


Paşinyanın Qarabağ hiyləsi – ŞƏRH

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

Ötən həftənin sonunda bir neçə günlük məzuniyyət götürdüyünü, deyən Paşinyan istirahətini Qarabağda keçirmək qərarına gəlib. Ekspertlər hesab edir ki, Paşinyanın Qarabağa gəlməsinin arxasında həm də, seçki təbliğatına buradan başlamaq məqsədi dayana bilər.

Paşinyanın Qarabağa səfərini şərh edən politoloq Zaur İbrahimli Cebhe.info-ya açıqlamasında bildirdi ki, Paşinyanın keçmiş prezident Serj Sarkisyana qarşı əsas ittihamlarından biri, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin bir hissəsinin Azərbaycana qaytarılması ilə bağlı müzakirələrə razılıq verməsidir. 

Politoloq daha bir maraqlı məqama toxunaraq bildirir ki, Paşinyan baş nazir kreslosuna oturan kimi, Qarabağ separatçılarının danışıqlar prosesində tərəf kimi iştirakı məsələsini qaldırdı:

“Oğlunu böyük hay-küylə Qarabağ bölgəsinə hərbi xidmətə yola saldı. Eyni zamanda Qarabağ bölgəsində reklam kampaniyasını xatırladan səfərləri ilə fərqlənməyə çalışdı. Başqa bir məqamda isə Paşinyan açıq mesaj verdi ki, Qarabağ klanı ilə anlaşmağa hazırdır”.

Elmir Murad

Tarix: 5-11-2018, 20:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}