Əbülfəs Qarayevdən müəmmalı təyinat... - Yeyintiyə yol verənlər vəzifə ilə mükafatlandırılır...
Məlum olduğu kimi, təxminən iki il öncə “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” sərəncam imzalandı və sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyinin yerlərdə regional idarələri yaradılıdı. Yaradılan regional idarələrdən biri də Masallı, Yardımlı və Cəlilabad rayon mədəniyyət və turizm şöbələrinin bazasında Masallı Regional Mədəniyyət və Turizm İdarəsi oldu. Hazırda bu idarəyə 40 ildən artıqdır mədəniyyət sahəsində çalışan Lətifə Mövsümova rəhbərlik edir. Bir müddət öncə isə Masallı Regional Mədəniyyət İdarəsinin rəis müavini postuna maraqlı təyinat olub. Gündüz Mürsəlov bu vəzifəyə gətirilib. G.Mürsəlovla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı maraqlı məlumatlar əldə etmişik.
Bildirək ki, Gündüz Mürsəlov uzun müddət Tərtər rayon Mədəniyyət və Turizm Şöbəsinin rəhbəri olub. Onun fəaliyyəti yoxlanarkən məlum olub ki, şöbəyə büdcədən ayrılan vəsaitlər məqsədyönlü şəkildə istifadə olunmur. Belə ki, cumhuriyyet.az olaraq onun Tərtərdəki maliyyə talanı haqda bəzi məqamlara nəzər salaq. Tərtər rayon Mədəniyyət və Turizm Şöbəsi ötən il «Digər maşın və avadanlıqların satın alınması» məqsədi ilə 36500 manatı “Divanlı-SC” MMC-yə ayırıb. Bundan əlavə şöbə 22600 manatlıq «Avadanlıqların satın alınması» prosesini “Odlu Ürək” MMC-yə həvalə edib. 44 min manatlıq «Bərk inventarların satın alınması» prosesi “Nur Yolu-A” MMC-yə, 7800 manatlıq Soba (odun) yanacağının satın alınması “Zərrə-FM” MMC-yə, 8800 manatlıq yumşaq inventarların satın alınması yenə “Zərrə-FM” MMC-yə verilib. «Zərrə-FM» MMC təkcə bu işləri deyil, həmçinin şöbə üçün digər avadanlıqların alınması prosesini də həyata keçirib. Məsələn, 9400 manatlıq «İdarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması»nı bu şirkət reallaşdırıb. Dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınmasını da həyata keçirən “Zərrə-FM” MMC bunun müqabilində 12 min manata sahib olub. Bir sözlə, Gündüz Mürsəlov maraqlı tender oyunları həyata keçirib. Nəticədə qazanan bu məmur, itirən isə dövlət büdcəsi olub. Bütün bunların nəticəsi olaraq Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon üzrə nümayəndəsi olan Gündüz Mürsəlov vəzifəsindən azad edilib və bu rəsmən təsdiqlənən korrupsiya faktına görə baş verib. Bütün bunlardan sonra, G.Mürsəlovun Masallı Regional Mədəniyyət İdarəsinin rəis müavini postuna gətirilməsi isə maraqlı suallar yaradır. Rayondakı mənbələrin bildirdiyinə görə, cənab mürsəlov özü bu prosesin nazir müavini Vaqif Əliyevin himayədarlığı ilə həyata keçirildiyini bildirib. Mövzuyla bağlı araşdırmamız davam edəcək. Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.
Tarix: 7-11-2018, 09:29
-
Bu gün, 07:54
“ABŞERONDA YOL POLİSİ KÜRƏKƏNİMDƏN 2500 MANAT RÜŞVƏT TƏLƏB EDİB” – “DİN-ə müraciət etdim deyə, kürəkənimi “avtoxuliqan” kimi cərimələdilər”
-
Bu gün, 07:53
Yasamalda yaşayış binasının zirzəmisində iş davam etməkdədir – Yasamal RİH susur, Komitə “qanunsuzdur” deyir – VİDEO
-
Bu gün, 07:52
TƏBİB Rza Zərrabın qohumlarının şirkətindən 85 min manata “Hyundai” alır - BAZAR OLSUN...
-
Bu gün, 07:52
"Respublika Neyrocərrahiyə xəstəxanasının həkimi Aytən Əliyevanın səhlənkarlığına görə sağlamlığımı itirmişəm" - VİDEOŞİKAYƏT
-
Bu gün, 07:52
Xaçmazda iki qardaş Qarabağ Qaziləri ÇƏTİN DURUMDA... - Yerli qurumlar HARA BAXIR?
-
Dünən, 23:46
Qubad İbadoğlu siyasətdən getdi
-
Dünən, 23:13
“Veysəloğlu” MMC ölkədən külli miqdarda pul çıxarıb?
-
Dünən, 23:11
Oliqarx Mikayıl İsmayılovun keçmiş gəlinindən ŞOK AÇIQLAMALAR - VİDEO
-
Dünən, 23:10
Talassemiyalı uşaqların 1 milyon manatını kimlər yeyib? - ürəkparçalayan məhkəmə işi
-
Dünən, 23:08
İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi ( İSBAM ) Milli QHT forumunu tərk etdi - BƏYANAT
-
Dünən, 23:06
5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur
-
Dünən, 23:05
“Söyüşü, açıq-saçıqlığı filmlərdə yersiz işlədənlər “layk dəllallarıdır” - AKİ katibi
-
Dünən, 23:00
“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat
-
Dünən, 22:27
Bərdə Rayonun Yolları "Göl" içində... - VİDEO
-
Dünən, 22:17
Baş nazir güllələnmədən 1 həftə öncə Bakıda nə demişdi? – Şübhələr oxları bu ölkəyə yönləndirir
-
Dünən, 18:19
Nazirliklə keçmiş rəis arasında məhkəmə davam edir - TƏFƏRRÜAT
-
Dünən, 18:00
Saleh Məmmədovun biznes imperiyası - SİYAHI
-
Dünən, 17:53
"Paketim varsa, internetə çıxışım niyə bloklanmalıdır?" - NARAZILIQ VAR...
-
Dünən, 17:24
Slovakiyada atışma - Baş nazir yaralandı
-
Dünən, 17:12
Qarabağı konyakla “azad edənlər” – Onların planı bu idi
-
Dünən, 15:01
Azərbaycanda "Ədalət" yalnız adam adıdır - FOTO+VİDEO
-
Dünən, 14:49
Şok Şok Şok: Ucar xəstəxanasında xəstəni girov götürdülər
-
Dünən, 14:38
Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları - Emin Əmrullayevin bundan xəbəri var?
-
Dünən, 09:56
Rəcəb Babaşovun “unutduğu” Ağköynək kəndi - 1350 dollarlıq ayaqqabısını çamura bulamaq istəmir?
-
Dünən, 09:21
Qarabağdan köçən ermənilər nankor və xaindir - Baqdasaryan
-
Dünən, 08:51
Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
-
Dünən, 08:51
Əsabil Qasımovun şirkəti ağacları məhv edir – FOTO
-
Dünən, 08:06
Agentlik İsgəndər Mahmudovun şirkəti ilə yarım milyonluq müqavilə imzaladı – Sanksiya siyahısındadır
-
Dünən, 08:05
DİN RƏSMİSİNDƏN ŞOK XƏBƏRDARLIQ - “Cinayətkar qruplar profil və səhifə paylaşımlarınızı izləyir...”
-
Dünən, 07:57
Moskvadan Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması ilə bağlı AÇIQLAMA
{sape_links}{sape_article}