“Rus NATO”-sunun sammiti ərəfəsində Ermənistanın Qarabağ təxribatı


İşğalçı ölkə rəhbərliyinin sülhü pozan davranışları davam edir; politoloq: “Dağlıq Qarabağda yaşayan ermənilər və hərbçilər də Paşinyan siyasətindən razı deyillər və bu, İrəvan-Xankəndi arasında ciddi qarşıdurma yarada bilər”

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan noyabrın 8-də Qazaxıstana səfər edəcək. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında iştirak etmək üçün Astanaya gedir. “Yeni Müsavat” erməni mətbuatına istinadən xəbər verir ki, Paşinyanın Qazaxıstandakı erməni icması ilə görüşü də planlaşdırılır.

Qeyd edək ki, N.Paşinyan KTMT-nin toplantısından əvvəlki üç gün ərzində Azərbaycan torpaqlarında “məzuniyyətdə” oldu. Qəfildən Dağlıq Qarabağa gələn Paşinyan burada separatçılarla görüşdü, hərbçilərin və Ermənistanın güc strukturlarının başçılarının iştirakı ilə müşavirə keçirdi.

Bunun ardınca isə 7 noyabrda düşmən  Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində hərbi təlimlərə başladı. Hərbi təlimlər 10 noyabr tarixinə qədər davam edəcək. Publika.az xəbər verir ki, bu təlimlərin Nikol Paşinyanın Qarabağa gəlməsi və təmas xəttində erməni əsgərlərə təlimatlar verməsindən sonra başlanması xüsusi diqqət çəkir. Məlumdur ki, Azərbaycan torpaqlarına yerləşdirilən qoşunlar Ermənistan ordusunun bölmələridir. Paşinyan Qarabağa son gəlişində də əsgərlərlə çəkdirdiyi şelfini “Adımız Ermənistan ordusudur” sözləri ilə sosial şəbəkə hesabında paylaşmışdı. Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsi də İrəvanın illərdir “Qarabağ özünümüdafiə qüvvələri” iddialarının absurd olduğunu göstərir. Bu baxımdan, təlimlərin məhz Paşinyanın göstərişinə əsasən keçirildiyi şübhəsizdir. Bu hadisələr fonunda Ermənistanın gizli şəkildə müharibəyə hazırlaşdığı ehtimalları da gündəmdədir. Paşinyanın Qarabağda olarkən “hər cür vəziyyətə hazır olmağı” tövsiyə etməsi düşmənin konstruktivlikdən çox uzaq olduğunu nümayiş etdirir. Qeyd edək ki, elə təlimlərin gedişində Ermənistan ordusu 4 hərbiçisini itirib. Erməni ordusuna məxsus “KamAZ” markalı yük maşını Gorus-Qubadlı yolunun 39-cu kilometrliyində qəzaya düşüb. Qəza nəticəsində 4 erməni əsgəri ölüb, çoxsaylı yaralılar var. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan faktı təsdiqləyib. Ölən hərbçilərin adları da açıqlanıb.

N.Paşinyanın məhz Qarabağdakı hay-küylü səfərinin ardınca Astanaya yola düşməsi təbii ki, seçkiqabağı təbliğatın tərkib hissəsidir. Erməni baş nazir dekabrdakı seçkilər üçün əvvəlcədən xal toplamayacağı halda, fəlakətli durumla üz-üzə qalacağını yaxşı anlayır. Ancaq indi onu başqa bir sınaq gözləyir. N.Paşinyan Rusiyanın iradəsinin ziddinə olaraq 1 mart 2008-ci il hadisələrinə görə ittiham olunan general Yuri Xaçaturovun KTMT-nin baş katibi postundan geri çağırılmasının ardınca digər bir erməni hərbçini bu quruma göndərmək niyyətindədir. Əgər buna nail olsa, o, seçkilər ərəfəsində dividentlər əldə edə biləcək. Ancaq əvvəlcədən anons edilib ki, baş katib vəzifəsinə Belarus təmsilçisi seçiləcək.  

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Paşinyanın Dağlıq Qarabağa son səfəri və hərbçilərlə görüşünün əsas məqsədi gələcək parlament seçkilərində əsas kartın məhz “Dağlıq Qarabağ kartı” olduğunu göstərir: “Yəni son günlər Ermənistan siyasi arenasında baş verən hadisələr, o cümlədən parlamentin buraxılması, Xaçaturovun KTMT-dən geri çağırılması və yerinə yeni bir ermənistanlı nümayəndənin təyin edilməsi cəhdlərinin baş tutmaması, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişə ilə bağlı Ermənistana müəyyən təsir etmək cəhdi, ən mühümü isə ABŞ prezidentinin müşaviri Con Boltonun münaqişə ilə bağlı təkidi və bu kimi hadisələr Paşinyanı çıxılmaz vəziyyət qoyur. Yəni keçiriləcək parlament seçkilərində qələbə çalmaq üçün əsas məsələ yenə də Dağlıq Qarabağ münaqişəsi və ondan doğan təzahürlərdir. Burada söhbət həm iqtisadi, həm siyasi, həm də hərbi aspektlərdən gedir. Yəni seçkidə qələbə çalmaq üçün mütləq şəkildə iqtisadi bir palan olmalıdır, bu gün o yoxdur, Rusiya və Qərb arasında manipulyasiyalar da konkret nəticə vermir. Bu iki amil də hərbi vəziyyət mühüm və mənfi təsir edir. Deməli, belə davam etsə, seçkidə birmənalı şəkildə qələbə qazanmaq mümkün deyil. Yenə də ümid əsas kart kimi Dağlıq Qarabağ münaqişəsinə dirənir”.

Politoloq Arzu NaÄıyev â ile ilgili görsel sonucu

A.Nağıyev qeyd etdi ki, Dağlıq Qarabağda yaşayan ermənilər və hərbçilər də Paşinyan siyasətindən razı deyillər və bu İrəvan-Xankəndi arasında ciddi qarşıdurma yarada bilər: “Burada Sərkisyan və Köçəryan faktoru da yaddan çıxarılmamalıdır. Buna görə də Paşinyan əsas bu məsələyə daha çox yer verir və hətta gələcəkdə etməli olacaq güzəştləri də müzakirə edə bilər”.

Politoloq bildirdi ki, bu ərəfədə Azərbaycan prezidenti cənab İlham Əliyevin Ağdama səfəri və münaqişə ilə bağlı verdiyi bəyanatlar da diqqət çəkir: “İki mühüm məqamlardan biri məhz Ağdamın iqtisadi inkişafı, digəri isə təmas xəttində hərtərəfli aparılan iqtisadi və hərbi islahatlar da erməniləri narahat etməyə bilməz. Dövlət başçısı bir daha Azərbaycanın ərazi bütövlüyünü, işğalçıların şərtsiz olaraq ərazilərimizi tərk etməsini, münaqişənin beynəlxalq norma və prinsiplərə uyğun həllini ön plana çəkdi və bununla da ermənilərə bir daha çatdırdı ki, ərazilərimizdə ikinci bir erməni dövlətinin yaradılması bir xülyadır və bu mümkünsüzdür. Beynəlxalq səviyyədə Azərbaycan dəstəkləndikcə ermənilər özləri üçün təşviş keçirir və mühüm nəticələr çıxarmalıdırlar. Təbii ki, münaqişənin hərbi yolla həlli də variant kimi Azərbaycanın müstəsna hüququdur”.

Bu arada işğalçı ölkənin Sarhad Petrosyan adlı daha bir yüksək vəzifəli məmuru Azərbaycanın sərhədini pozub. Moderator.az bu məmur Ermənistan Kadastr komitəsinin sədri vəzifəsini daşıyır. Xankəndində qondarma rejimin oyuncaq başçısı Bako Saakyanla görüşən S.Petrosyan “iki erməni dövləti” arasında daşınmaz əmlakın, yəni torpaqların, evlərin, yaşayış, inzibati, ictimai binaların qeydiyyata alınması sahəsində əməkdaşlıqdan bəhs edib. Görüşdə separatçı rejimin “iqtisadiyyat və istehsal strukturları naziri” hesab olunan Levon Qriqoryan adlı məxluq da iştirak edib. Erməni jurnalsitlərə açıqlamasında S.Petrosyan bildirib ki, separatçı liderlə söhbət zamanı  biz birgə fəaliyyət yolları müzakirə edilib. “Bizim iki idarənin işlərini əlaqələndirməyimiz lazımdır. Görüş zamanı birgə tədbirlərin həyata keçirilməsi yollarını müzakirə etdik və bunun üçün heç bir maneə yoxdur. Düşünürəm ki, yaxın gələcəkdə Ermənistan və ”Artsax"ın kadastr sektorunda dəyişikliklər ediləcəkdir". Əslində bu, işğalçı tərəfin növbəti həyasızlığıdır.

Azərbaycan dövlətinin başçısı iki gün əvvəl Ağdam bölgəsində səfərdə olarkən Ermənistan rəhbərliyinə açıq mətnlə xəbərdarlıq edib. Prezident İlham Əliyev belə deyib: “Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalıdır, işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır və imkan verməlidir ki, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpağına qayıtsınlar. Bunu nə qədər tez anlasalar, o qədər də onlar üçün yaxşı olar, bölgə üçün yaxşı olar. Bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə barışmaq fikrində deyilik, beynəlxalq hüququn normaları bizim mövqeyimizi tam dəstəkləyir, tarixi ədalət bizim tərəfimizdədir”.

Bu, həm də Ermənistanın havadarlarına ünvanlanmış mesajdır.

****

N.Paşinyanın Dağlıq Qarabağa səfərini İran ətrafında baş verənlərlə əlaqələndirənlər də oldu. Qeyd edək ki, Ermənistan rəhbərliyi ABŞ-ın İrana qarşı sanksiyalarının qarşılığında Vaşinqtonla əlaqələrin korlanmaması üçün manevrlər etməyə çalışır. Ermənilər 45 km-lik İran-Ermənistan sərhədinin bağlanmasına gedilsə belə, 100 km-lik “Dağlıq Qarabağ-İran sərhədi”nin (?!) qapanmaması üçün əlindən gələni etməyə çalışır. İranı daim özü üçün “nəfəslik” hesab edən işğalçı ölkənin bu gün qonşu müsəlman ölkə ilə əlaqələrini kəsməsi Ermənistan üçün fəlakətli sonluq demək olar. Odur ki, Paşinyan hökuməti Qarabağ və İran arasında əlaqənin kəsilməməsi üçün cəhdlər göstərir.

Məlumata görə, C.Boltonun İrəvandakı danışıqlarında da İran mövzusu geniş müzakirə olunub. Hətta ABŞ-ın Dağlıq Qarabağ ətrafındakı rayonları işğaldan azad etmək və oraya öz sülhməramlılarını yerləşdirməklə İrana yaxınlaşmaq planı olduğu barədə iddialar var. Qeyd edək ki, bu günlərdə politoloq Sülhəddin Əkbər qəzetimizə demişdi ki, ABŞ İranla həmsərhəd rayonların işğaldan azad edilməsinə çalışır.

Ermənistan parlamentinin deputatı Armen Aşotyan deyib ki, Ermənistan hökuməti, müharibə vəziyyətində Ermənistan-İran sərhədlərinin bağlamaq ssenariləri üzərinə müzakirələr aparır. Qeyd edək ki, Paşinyan geosiyasi risklərdən danışarkən, İran-ABŞ qarşıdurması vəziyyətində Ermənistan-İran sərhədlərinin istənilən anda bağlana biləcəyini deyib.

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, ABŞ-ın İrana qarşı sanksiyaları Ermənistanı çətin vəziyyətə salıb: “Ermənistan bir tərəfdən, İranla əməkdaşlığını genişləndirmək istəyir, digər tərəfdən ABŞ-ın sanksiyalarını da qulaqardına vura bilməz. Ermənistanın baş katibi Nikol Paşinyan Rusiyaya şikayət etmişdi ki, Amerika İrəvanı İrana görə sıxa bilər, ona görə Moskvadan dəstək gözləyir. Məsələn, İrəvan istəyir ki, Avrasiya İqtisadi Birliyi İranla layihələri hərəkətə gətirsin. Bu, İrəvana ona görə lazımdır ki, Amerikanın təzyiqi ilə üz-üzə qalmasın. İrəvan hətta onu da vurğulayır ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin İranla sərhədi olan yeganə ölkədir. İrəvanın bir başqa təklifi ondan ibarətdir ki, Ermənistan-İran sərhədində azad iqtisadi zona yaradılsın. Ancaq İrəvanın bu çağırışını Avrasiya İqtisadi Birliyi ölkələri qulaqardına vurdular. Çünki bu dövlətlər ABŞ-ın İrana qarşı sanksiyalarının əleyhinə çıxsalar da, indiki şərtlər daxilində İranla əməkdaşlığa maraq göstərmirlər”. E.Şahinoğlunun sözlərinə görə, İranın özü də bu gün elə durumda deyil ki, Ermənistanla iqtisadi və ticarət əlaqələrini genişləndirsin: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır. Bunu ABŞ prezidenti Donald Trampın il ərzində Azərbaycan prezidentinə yazdığı məktublar və Ağ Ev sahibinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun bölgəyə səfəri zamanı verdiyi açıqlamalar da sübut edir. Buna baxmayaraq, Amerika münaqişənin həlli üçün xüsusi səy də göstərməyəcək. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin həlli hələ ki, Vaşinqton üçün prioritet məsələlərdən deyil. İrana qarşı sanksiyalar işə düşdükdən sonra bu ölkənin bölgədəki rolu fərqli çalarlar ala bilər. İran Amerikanın bölgədəki tərəfdaşlarını özünə düşmən kimi qiymətləndirəcək. İstisna etmirəm ki, Tehranın Azərbaycana tənqidi yenə artsın. Halbuki İranın bunun üçün əsası yoxdur. Azərbaycan Amerikanın İrana qarşı birtərəfli sanksiyalarını qəbul etmir. Ancaq rəsmi Bakı eyni zamanda Vaşinqtonla tərəfdaşlığını da davam etdirəcək”.

Şübhəsiz ki, N.Paşinyan İran ətrafındakı vəziyyətdən Ermənistanın bəhrələnməsi və KTMT-də mövqeyinin güclənməsi üçün istifadə etməyə çalışacaq. Gözləyək...

Tarix: 8-11-2018, 10:14
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}