Azərbaycan Gürcüstanla quru sərhədini niyə açmır? - AZAL MONOPOLİYASI...
Gürcüstan iyunun 1-dən Azərbaycan və digər ölkələrlə quru sərhədlərini açıb. Baş nazir İrakli Qaribaşvilinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası mayın 25-də bu barədə qərar qəbul edib. Lakin hələlik Azərbaycan öz quru sərhədini Gürcüstanın üzünə açmağa tələsmir. Qonşu ölkəyə gediş-gəliş yalnız hava yolu vasitəsilə həyata keçirilir. Bu isə xüsusən gürcüstanlı Azərbaycan vətəndaşlarının, eləcə də Gürcüstan vətəndaşı olan soydaşlarımızın gediş-gəlişinə ciddi problem yaradır.
Bəs, Azərbaycan öz quru sərhədlərini nə zaman açacaq?
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova “Press Klub”a açıqlamasında bildirdi ki, bununla bağlı Nazirlər Kabinetinin qərarı olmalıdır:
“Quru sərhəd-keçid məntəqələrinin açılması ilə bağlı Nazirlər Kabinetinin qərarı olmalıdır. Belə bir qərar olmayana qədər digər ölkələr sərhədlərini açsalar belə, biz avtobuslarımızı xidmətə göndərə bilmirik”.
N.Allahyarova qeyd etdi ki, sərhədlərin açılmasına dair quruma kütləvi vətəndaş müraciətləri daxil olmayıb:
“Yalnız sosial şəbəkələr üzərindən sual ünvanlanır. Lakin kollektiv olaraq bu barədə hər hansı müraciət daxil olmayıb”.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov da bu barədə hər hansı rəsmi qərarın olmadığını söylədi.
“Borçalı” İctimai Birliyinin sədri, siyasətçi Zəlimxan Məmmədli “Press Klub”a bildirdi ki, artıq yeddi ildir Gürcüstana gedə bilmir:
“Getməmə səbəblərimdən biri qoyulan qadağalardır. İndi isə pandemiyanın yaratdığı vəziyyət üzündən gedə bilmirik. Hazırda turizm mövsümüdür. Azərbaycan sırf qazdan, neftdən asılı olmamalıdır və turizm gəlirlərini də artırmağa çalışmalıdır. Görünür, Azərbaycanda bu maraq yoxdur. Gürcüstan artıq 50-yə qədər dövlətlə sərhədlərini açıb”.
Z.Məmmədlinin fikrincə, Gürcüstanla gediş-gəlişi tənzimləyən müəyyən qaydalar olmalıdır:
“Təbii ki, mən Gürcüstanla sərhədlərin təcili açılmasını istəyərdim. Çünki həm burada, həm də Gürcüstanda pandemiya ilə əlaqədar ilişib qalan insanlar, bir-birini uzun zamandır görməyən ailələr var. Azərbaycan tərəfi Gürcüstanın addımına qarşılıq verməlidir və quru sərhədlərini açmalıdır”.
Respublikaçı Alternativ (REAL) Partiyasının icra katibi, əslən gürcüstanlı olan Natiq Cəfərli “Press Klub”a şərhində qeyd etdi ki, artıq quru sərhədlərini açmağın zamanı yetişib:
“Gürcüstan tərəfi bununla bağlı Azərbaycanla danışıqlar aparıb. Ölkəmizdə epidemioloji vəziyyət kifayət qədər sabitdir. Peyvənd olunanların sayı 3 milyona çatıb. Sərhədlərin açılması və yumşalmaların həyata keçirilməsi üçün münbit şərait var”.
Ekspertin fikrincə, Gürcüstanla quru sərhədinin açılması AZAL və “Buta”nın maraqlarına uyğun deyil:
“Çünki həmin ölkəyə kifayət qədər böyük tələb var. Yay mövsümündə gürcüstanlı vətəndaşlarımız Gürcüstanda yaşayan qohumlarını ziyarət etməyə və ya gedib oradakı evlərinə baş çəkməyə məcburdurlar. Quru sərhədinin bağlı olması həmin insanları hava yolundan istifadə etməyə məcbur edib. Təyyarə bileti isə çox bahadır. Nəticə etibarilə bu qədər tələbin olmasına baxmayaraq, hələ də Azərbaycan tərəfinin israrla quru sərhədini bağlı saxlaması AZAL və BUTA-nın maraqlarına uyğundur”.
Tarix: 25-06-2021, 09:14
-
Bu gün, 13:07
İşçi “boş-bikar” sözünü qəbul etməyib şirkət rəhbərini məhkəməyə verdi – Azərbaycanda
-
Bu gün, 13:04
Hafiz Babalı hər hansı istintaq hərəkəti aparılmadığını bildirib
-
Bu gün, 12:58
"Necə olur ki, daha ağır maddə ilə ittiham olunan məmur balası çöldə qalır..." - Jurnalist həbsdən MÜRACİƏT YAYDI
-
Bu gün, 12:56
"Yığışdırın əə bunları burdan, KİMDİR BUNLAR?" - Şikayətçi ilə rəhbərlik arasında İNSİDENT
-
Bu gün, 12:54
ABŞ səfiri sanksiyalardan, mediaya hücumlardan, Şuşaya niyə getməməsindən danışdı
-
Bu gün, 12:51
İcra başçıları arasında gizli rəqabət başladı - Görün nəyin davasını edirlər...
-
Bu gün, 10:09
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı rayonda səfərdə olan Dini konfessiyaların nümayəndələri ilə görüşüb
-
Bu gün, 09:40
İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı?
-
Bu gün, 09:30
Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - İTTİHAM VAR...
-
Bu gün, 09:27
"Niyə məhz Ağdamı seçmişəm?" - Elxan Şahinoğlu seçkilərdə iştirak niyyətini açıqladı
-
Bu gün, 08:36
Gömrük Komitəsi qanunsuz metodla "Lukoyl"dan dizel alır
-
Bu gün, 08:28
Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər
-
Bu gün, 08:23
Xırdalanda direktorun müəllimlərdən pul tələb etdiyi iddia olunan uşaq bağçası nəzarətə götürülüb
-
Bu gün, 08:21
Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...
-
Bu gün, 08:18
Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi
-
Bu gün, 08:16
Portaldan yayınmış tenderlərin qalibləri məlum oldu - SİYAHI
-
Dünən, 23:01
Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə! - Tarif Şurasından QƏRAR
-
Dünən, 22:45
“Yaşam” klinikasında yoxlama: – lisenziyadan kənar tibbi fəaliyyət aşkarlandı
-
Dünən, 22:37
Azərbaycan qadınları niyə özlərini belə İYRƏNC görünüşə salır? - Belə dodaq, belə omba olar? - VİDEO
-
Dünən, 22:21
İmtahanda 62 bal toplayan müəllim BŞTİ-nin müdir müavinindən şikayətçidir
-
Dünən, 17:32
“Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir
-
Dünən, 17:02
Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər
-
Dünən, 16:53
"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO
-
Dünən, 16:00
Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı
-
Dünən, 14:53
Türkiyə İsraillə bütün ticari əlaqələri dayandırdı - uduzan tərəf kim olacaq?
-
Dünən, 14:45
Gürcüstan vətəndaş müharibəsinə sürüklənir- ŞOK SƏBƏBLƏR
-
Dünən, 13:17
Prezident İlham Əliyev: “Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi"
-
Dünən, 13:09
Monopoliya istirahətə də çatıb
-
Dünən, 12:56
Gömrükdə “RedBull” əməliyyatı - İdarə rəisi dindirildi
-
Dünən, 12:55
Türkmənistanda məmurları "Sərdar və Qurbanqulu" saatlarını almağa məcbur edirlər
{sape_links}{sape_article}