Ermənistanda keçirilən parlament seçkilərinin yekun nəticələri açıqlanıb


Ermənistanda keçirilən parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Paşinyanın bloku 53.91, Köçəryanın bloku isə 21.9 faiz səs toplayıb
 
Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərinin yekun nəticələrini açıqlayıb. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.
 
MSK sədri Tiqran Mukuçyan bildirib ki, Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbəri olduğu “Mülki Müqavilə” seçki bloku səslərin 53.91 faizini toplayıb.
 
Keçmiş Prezidenti Robert Köçəryanın "Ermənistan" bloku 21.9 faiz səslə ikinci yerdə qərarlaşıb.
 
Keçmiş Prezident Serj Sarkisyanın “Mənim şərəfim var” bloku və Artur Vanesyanın Vətən Partiyası tələb olunan 7 faizlik baryeri aşa bilməyiblər.
Tarix: 27-06-2021, 15:06
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}