Ərdoğan növbədənkənar parlament seçkilərinə gedə bilər





"PKK-nın bitirilməsi AKP-nin hakimiyyətdə qalma müddətini uzadacaq"

“Türkiyənin PKK-ya qarşı anti-terror əməliyyatlarını intensiv həyata keçirməsi, terror təşkilatının sonunu gətirməkdədir”. 

Bu barədə “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Siyasi şərhçi bildirib ki, Şimali İraqda Kandil dağı ətrafında keçirilən əməliyyatlar nəticəsində PKK liderlərinə, lojistik sığınacaqlara, Avropa ilə əlaqələrə böyük zərbə vurulub: 

“Türkiyə bu əməliyyatı heç bir ölkənin dəstəyi olamadan aparır və kifayət qədər uğurlar əldə edib. Türkiyədə terror təhlükəsi aradan qalxmaq üzrədir. Hakimiyyət kürdlərın sıx məskunlaşdığı ərazilərdə geniş quruculuq işləri aparır, bölgəni inkişaf etdirir. Nəticədə kürd vətəndaşlarla PKK terror təşkilatının bağları zəifləyir. Türkiyənin əsas planı Şimali İraqda əməliyyat aparmaqdır. Türkiyə İraqın kürd yönətimini də PKK-ya qarşı əməliyyatlara cəlb edib. Peşmərgənin PKK-ya savaş açması terrorçu şəbəkəni tamamilə iflasa uğradacaq. ABŞ da PKK-ya lojistik dəstək verə bilmir. Ərdoğan-Bayden görüşündə bununla bağlı razılaşma əldə edilib. Türkiyə rəhbərliyi 2023-cü ilə qədər PKK-nı bitirmək planını ortaya qoyub. İki ilə terror təşkilatının dardamadağın olacağı gözlənilir. Bundan sonra Türkiyə daha da güclənəcək. Çünki PKK kimi “baş ağrısı” olmayacaq”.

Analitikin fikrincə, PKK-nın bitirilməsi AKP-nin hakimiyyətdə qalma müddətini uzadacaq: 

“Türkiyə konstitusiyasında da dəyişiliklər gözlənilir. Ərdoğan növbədənkənar parlament seçkilərinə gedə bilər. Türkiyə regional gücdən beynəlxalq müstəviyə çıxır. Bundan sonra əsas hədəf YPG terror təşkilatı olacaq. ABŞ-la danışıqlar aparılır. Nəticələr Ankaranın lehinə olmazsa, YPG-yə qarşı hərbi əməliyyatlar başlaya bilər. Türkiyə Şimali Suriyada iki dəfə uğurlu hərbi əməliyyat keçirib. Ankara hökuməti Suriyanın şimalında növbəti kürd muxtariyyətinə icazə verməyəcək”.
Tarix: 28-06-2021, 15:00
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}