Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri Zaur Mikayılov nəyi gözləyir ?- Niyə Zakir Quliyevlərdən, Rafiq Aslanovlardan ASC-ni təmizləmir ?-İDDİA



Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri Zaur Mikayılov nəyi gözləyir ?-
Suyun həyat olmağı hamıya bəllidir. Ancaq az sayda insanlar bilir ki, gələcək müharibələrin neft, yaxud qaz uğrunda deyil, MƏHZ SU uğrunda olacağı proqnozlaşdırılır.
Bəli, su bəşəriyyət üçün ciddi problemə çevrilir.
Əbəs yerə deyil ki, ötən ay möhtərəm Prezidentimiz su təsərrüfatının vəziyyətinə dair keçirdiyi videokonfransda bunları qeyd etmişdi: “Əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir”.
Bəli, cənab Prezident son vaxtlar onu da qeyd edib ki, son illər bütün vaxtımı Qarabağ probleminin həllinə yönəltmişdim.
Haqlı sual doğur ki, Prezident su ilə də məşğul olmalıdır?
Bəs Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Zakir Quliyev, Rafiq Aslanov, Aparat rəhbəri Cahan Məmmədov və digərləri hara baxırlar ?
Cənab Prezident müxtəlif vaxtlarda deyib ki, bəzən mənə səhv informasiya verirlər. Bəli, tam məsuliyyətlət demək olar ki, su itkisinin 40 faiz, bəzən 50 faizə çatmasının arxasında ciddi məqamlar var.
Əslində su itkisinin belə dəhşətli rəqəm olmasının səbəbi odur ki, bu qədər su itməyib, sadəcə bu miqdarda su satılaraq Zakir Quliyevlərin, Rafiq Aslanovların, Cahan Məmmədovların cibinə axıb.
Bəli, bunun tam əminliklə demək olar.
Adlarını yuxarıda çəkdiyimiz vəzifəli şəxslər 40-50 faiz göstərilən suyu sahibkarların balıqyetişdirmə göllərinə, müxtəlif fermer təsərürfatlarına, biznes sahələrinə verib milyonlar qazanırlar. Adını da qoyurlar ki, 40-50 faiz su itkisi olub.
Əgər həqiqətən də su itibsə, Londondakı villalar hansı pulla alınıb ?
Bəli, ASC-nin sədr müavini Rafiq Aslanov Londonda yaşayan oğluna 1 milyon dollar dəyərində mənzil alıb.
Təsəvvür edin, ASC-nin bütün idarələrinə hər ay 50 min manat vəsait xətti açılır, həmin vəsait Rafiq Aslanov və Zakir Quliyevin faktiki ortaq olduqları şirkət vasitəsilə nağdlaşdırılır.
Müavinlərin himayəsi altında olan “Hidro-Kaskad” MMC üzərindən həyata keçirilən tender əməliyyatlarında qiymətlərin şişirdilməsi, maxinasiyalar dəhşətli dərəcədədir. 2020-ci ildə ASC ilə sözügedən şirkət arasında "Nasos aqreqatlarının və digərlərinin satınalınması" üçün nəzərdə tutulan tender müqaviləsi üzrə qiymətlər faktiki olaraq 500 min manat şişirdilməklə ümumi məbləğ 2 milyon 440 min 404 manat göstərilib. Hansı ki, alınan məhsulların qiyməti 2-3 dəfə şişirdilib.
Bir nasosun zavod dəyəri maksimum 45 min manat təşkil etdiyi halda tender müqaviləsində 79 min manata rəsmiləşdirilib. Nasos aqreqatlar əsasən Rusiyanın Voronej şəhərindəki "Elmaş-İnter" şirkətindən, eləcə də Ukraynanın “Sum” Maşınqayırma Zavodundan ucuz qiymətə alınır.
Bütün bunların nəticəsində Rafiq Aslanovun, Zakir Quliyevin və digərlərinin “biznesmen” övladları İngiltərədə, Çexiyada, Türkiyədə çoxsaylı şirkətlər açır, Londonda bahalı mənzillər, avtomobillər alır, gözqamaşdıran həyat tərzi keçirirlər.
Əgər ölkə üzrə sərf olunan suyun 40-50 faizi itibsə,
ASC-nin sədr müavini Rafiq Aslanovun oğlunun milyonluq avtomobil kolleksiyası haradandır ?
Kolleksiyada Bentley, Range Rover, Mercedes S Class, C Class, E Class da daxil olmaqla xeyli sayda avtomobil var.
Əgər 40-50 faiz faiz su itkisi olsaydı, ASC-nin sədr müavini Zakir Quliyev Sabirabadın Bəciravan kəndində böyük qum-çınqıl karxanasını hansı pulla alardı ?
Zakir Quliyev rayonun Zəngənə kəndi yaxınlığında böyük bir balıq vətəgəsini, villalarını, bahalı müklərini dədəsinin pulu ilə alıb ?
Əlbəttə, yox. Həmən 40-50 faiz su itkisinin hesabına milyonlar qazanıblar.
Təsəvvür edirsiniz, ASC-nin tabeliyində olan qurumların siyahısına baxanda adam məəttəl qalır. Çox nəhəng bir qurumdur.
Bu qurumun təkcə bir idarəsinin - Abşeron Suvarma Sistemləri idarəsinin fəaliyyətinə nəzər salsaq AYSBERQ-i az da olsa görə bilərik.
Məlumat üçün qeyd edək ki, idarənin rəisi Yusif Ələsgərovdur.
Məlumat üçün qeyd edək ki, Yusif Ələsgərov ötən əsrin 90-cı illərində “Bakıelektrikşəbəkə”nin rəisi olub, indiki ”Azərsu” ASC-də məsul vəzifədə çalışıb. İşlədiyi vəzifədə yol verdiyi nöqsanlara görə tutduğu vəzifələrdən azad olunub.
İndiki vəzifəsində isə 15 ildən artıqdır ki, çalışır, daha doğrusu milyonlar qazanır.
Deyilənə görə, bu adam sabiq səhiyyə naziri Əli İnsanovla çox yaxındır, hətta həbsxanaya “peredaça” göndərirmiş.
Təkcə nasosxanaların təmirindən Yusif Ələsgərov yüz minlər qazanır.
Onu da qeyd edək ki, Yusif Ələsgərov ASC-nin bəzi rəhbər şəxslərini saymır.
Sonda bir maraqlı məsələyə toxunaq.
ASC-nin sədr müavini Zakir Quliyev uzun müddət sabiq baş prokuror Zakir Qaralovun çətiri altında fəaliyyət göstərib.
Bəs bu gün Zakir Quliyevin “krışası” kimdir ?
Bu barədə növbəti yazıda.
Sonda üzümüzü ASC-nin yeni sədri Zaur Mikayılova tutub soruşuruq ki, nəyi gözləyirsiniz ?
Niyə islahatlara başlamırsınız ?
Bu rüşvətxor və korrupsioner müavinlərinizdən niyə qurtarmırsınız ?gundelik baki.com
Tarix: 3-08-2021, 09:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}