4 ay əvvəl yaranan şirkətə 4 milyonluq tender - BDYPİ-nin qalib etdiyi "XAN-2017" MMC kimə məxsusdur?




Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi tenderin qalibini elan edib
"AzPolitika.info" xəbər verir ki, yol nişanlarının, yol cizgi boyasının, mal-materialların, iş geyimlərinin və iş alətlərinin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri dəyətləndirilib. Açıq tenderin qalibi "XAN-2017" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi qalibə 3 milyon 701 min 167 manat ödəyəcək.
Vergilər Nazirliyinin informasiya bazasında apardığımız araşdırma zamanı məlum oldu ki, "XAN-2017" MMC təxminəın 4 ay əvvəl 2021-ci il mayın 5-də təsis olunub. Nizamnamə kapitalı isə cəmi 20 manatdır.
Şirkət barədə internetdə apardığımız araşdırma zamanı əlavə heç bir informasiyaya rast gəlmədik. Görünür, 3.7 milyon manatlıq tender "XAN-2017" MMC-nin ilk debütüdür.
MMC-nin rəhbəri Məmmədov Ceyhun Seyidqabil oğlu ilə bağlı apardığımız araşdırma da nəticəsiz qaldı. MMC rəhbəri barədə heç bir informasiya əldə etmək mümkün olmadı.
Tarix: 14-09-2021, 22:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}