Qubadlının işğaldan azad edilməsindən bir il ötür
Oktyabrın 25-də ordumuz Qubadlı rayonunun bir neçə kəndini də işğaldan azad edib
Qubadlı şəhərinin işğaldan azad edilməsinin 1 ili tamam olur. AYNA xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğalına son qoyulub.
Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək, Vətən müharibəsinin 27-ci günü - oktyabrın 23-də Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başlayıb. Həmin gün Qubadlı rayonunun ilk yaşayış məntəqələri - Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edilib.
Oktyabrın 25-də - Vətən müharibəsinin 29-cu günü isə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan azad edib.
Qubadlı şəhərinin işğaldan azad olunduğunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı oktyabrın 25-də özünün “Twitter” hesabından elan edib.
Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.
Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirib. Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılıb, Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində irəliləməyə başlayıb.
Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı təsis olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Xatırladaq ki, Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal müddətində Qubadlı şəhəri və rayonun kəndləri ermənilər tərəfindən dağıdılıb, tarixi, dini, mədəni abidələr, qəbiristanlıqlar məhv edilərək, vandallıq əməlləri törədilib. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.
Tarix: 25-10-2021, 08:19
-
Bu gün, 15:10
Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Bu gün, 15:01
Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ
-
Bu gün, 14:54
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
-
Bu gün, 14:53
Məhkəmə qərar verdi: İşdən çıxarılan baş həkim vəzifəsinə qaytarılmalıdır
-
Bu gün, 14:07
Üstü bəzək, altı təzək BƏRDƏMİZ... - VİDEO
-
Bu gün, 12:23
Bakıya göydən kürü yağıb: - İndi isə kilosu 2 min manatadır
-
Bu gün, 12:12
“Poz-Qazan” camaatın ÖZ QAZANINI NECƏ BOŞ QOYUR... - VİDEO
-
Bu gün, 09:59
Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert
-
Bu gün, 09:57
Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?
-
Bu gün, 09:56
“Tərbiyəsizlik özünə dövlətdən ikinci evi istəməkdir” - Taleh Yüzbəyovdan Xalq artistlərinə CAVAB
-
Bu gün, 09:54
İntihar edən professorun şəxsi həyatı ilə bağlı İLGİNC MƏQAMLAR -VİDEO
-
Bu gün, 09:53
Hədəfdə Azərbaycandırsa... - SAVAŞACAĞIQ!!!
-
Bu gün, 09:52
Ağ Evdən Kremlə qarşı YENİ HƏMLƏ – Çin və Hindistan Rusiyadan ÜZ ÇEVİRİR?
-
Bu gün, 09:50
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur – Yeni faktlar
-
Bu gün, 09:49
Aydın Talıbov deputat olmağa hazırlaşır – Rəqabət Məcəlləsi inhisarçı biznesdə təşviş yaradıb
-
Bu gün, 09:49
Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...
-
Bu gün, 09:48
Keçmiş başçının hospitalından şikayət – Pasientlə “Rela Hospital” arasında nə baş verib?
-
Bu gün, 09:48
Narkotik və oğurluq cinayətləri “dəbdədir” - səbəblər
-
Bu gün, 09:43
Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət...VİDEO
-
Bu gün, 09:40
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
-
Bu gün, 09:37
“Rəis dedi ki, heç bir məmur qanunsuz olaraq kiminsə evini sökə bilməz”
-
Bu gün, 09:34
Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!
-
Bu gün, 09:33
Büdcəyə yenidən baxılacaq?
-
Bu gün, 09:31
İvanovun cinayəti və ya “sağ əli” Şoyqunu “bitirdi” - Rüşvət, yoxsa dövlətə xəyanət?
-
Dünən, 23:24
Qonşu ölkə panikada: Rəsmən Rusiya ilə savaş hazırlığı başladı
-
Dünən, 23:02
Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTO
-
Dünən, 22:49
Uşaq bağçasında mənimsəmə – Cinayət işi açıldı
-
Dünən, 22:47
Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."
-
Dünən, 21:50
Büdcədə yüz milyonlarla artıq pul var: Hara xərclənəcək? - "Rəqəmlərə diqqət yetirəndə..."
-
Dünən, 18:39
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir – FOTOLAR
{sape_links}{sape_article}