Adil Qeybulla Saleh Rüstəmovu müayinə edib

Adil Qeybulla Saleh Rüstəmovu müayinə edib

Bu gün, dekabrın 7-də professor Adil Qeybulla Saleh Rüstəmovu müayinə edib.
Bu barədə S.Rüstəmovun qardaşı Taleh Rüstəmov AzadlıqRadiosuna bildirib. O, qardaşının vəziyyətinin ağır olduğunu söyləyib, amma onun aclıq aksiyasını dayandırmayacağını bildirdiyini vurğulayıb: “Adil Qeybulla Salehə səhhətində ciddi problemlərin yarandığını əsas gətirərək aclığı dayandırmağı məsləhət görüb. Ancaq Saleh imtina edib, deyib ki, ortada nəticə yoxdursa, davam edəcək”.
T.Rüstəmov S.Rüstəmova sistem köçürüldüyünü təsdiqləyib. Yaxınlarının vurğulamasına görə, S.Rüstəmov bir xeyli çəki itirib.
Bu deyilənlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Vəkil: Saleh Rüstəmovun səhhəti pisləşib

Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı və 33 gündür aclıq aksiyası keçirdiyi deyilən Saleh Rüstəmovun səhhətinin pisləşdiyi bildirilir.
Bu barədə bu gün, dekabrın 8-də Saleh Rüstəmovla görüşən vəkili Bəhruz Bayramov AzadlıqRadiosuna danışıb. O, indilərdə məhbusu ziyarət etdiyini və ona sistem köçürüldüyünü bildirib: “Mən yanında olanda Penitensiar Xidmətin Baş Tibb Müəssisəsindən gəlib müayinə ediblər. Hazırda yaxınları Saleh bəyin yanındadır. Sistem köçürülür. Mən ombudsman Səbinə Əliyeva ilə görüşə gedirəm deyə, Saleh bəyin yanında çıxdım”.
Amma onun aclıq aksiyasını davam etdirdiyi bildirilir.
Məsələyə, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Tofiq Yaqublu prokurorluqda izahat verib

Dekabrın 3-də Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Səbail Rayon Prokurorluğunda izahat verib.
Bu barədə AzadlıqRadiosuna T.Yaqublu özü məlumat verib.
T.Yaqublunun sözlərinə görə, izahat dekabrın 1-də Bakıda “Saleh Rüstəmova azadlıq” tələbi ilə keçirilən aksiya zamanı saxlanması, sonra polis bölməsində və şəhərdən kənara aparılarkən yolboyu ona fiziki təzyiq göstərilməsi ilə bağlı idi: “Prokurorluqda məni prokurorun köməkçisi Hilal Abbasov qəbul etdi. İzahat verdim, rəsmi qaydada şikayət ərizəsini təqdim etdim. Deyilənə görə, məsələ ilə bağlı araşdırma başlanıb”.
Məsələ ilə bağlı Baş Prokurorluqdan və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Amma bundan əvvəl Daxili İşlər Nazirliyindən T.Yaqublunun bölmədə döyüldüyü ilə bağlı dediklərini təkzib etmişdilər.

ABŞ səfirliyi: ‘Toplaşma və ifadə azadlığını dəstəkləyirik’

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi dekabrın 1-də Bakıda keçirilən aksiya ilə bağlı açıqlama yayıb.
“Biz 1 dekabr tarixində Bakıda dinc etirazçılara qarşı zorakılıqdan dolayı dərin narahatlıq keçiririk və Azərbaycan Konstitusiyasının təsbit etdiyi toplaşma və ifadə azadlığını dəstəkləyirik”, – səfirlik vurğulayıb
Azadlıq radiosu
Tarix: 8-12-2021, 16:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}