2022 pis başladı: Bahalaşan çörək, "az yeyin" deyən deputat...


2022 pis başladı: Bahalaşan çörək, "az yeyin" deyən deputat...

Həə, əzizlərim, yeni ildə xoş gördük sizləri. Yeni ilinizi necə təbrik etdilər? Xoşunuza gəldimi aldığınız hədiyyələr?

Çox düşünməyin çörəyin, unun bahalaşmaısnı deyirəm. Yazıq, kasıb camaatın yediyi bir quru çörək vardı, onu da deyirlər ki, yemə, az ye.
Özü də bunu kim deyir? Bakı kəndlərinin ağası hesab edilən Sabunçu rayon deputatı Eldar Quliyev. Alayı vaxt ağzına su alıb susan, bir kasıbın əlindən tutub bir yetimə çörək verməyən, Milli Məclisdə yuxulayn deputat nədənsə çörəyin bahalaşması haqqında fikir bildirməyi elə bil ki, öz vəzifəsi hesab edib. Sən demə, bu deputat hər səhər küçələri gəzib, qapılardan asılan quru çörəkləri görürmüş. Heyfi gəlibmiş. Hesab edirmiş ki, quru çörəkləri heyvanlara vermək olmaz.
Eldar Quliyev Eldar Quliyev
Deyirəm, yetimin doyunca yediyi bir çörək vardı, ona da Eldar Quliyev kimilər göz dikdi.
Bir zamanlar “əyilə-əyilə” mövzusu ilə sosial şəbəkələrin gündəmi olmuş, adına sosial şəbəkələrdə müxtəlif səhifələr açılan, məhz dilinin bəlasına düşən deputat Elman Nəsirovun da dilindən müxtəlif ifadələr mətbuatda yer alıb. Güya deputat çörəyin bahalaşmasını təqdir edib. Deputat özü isə KİV-ə açıqlamasında bildirib ki, deyilənlər ağ yalandır və bu yalan danışanları məhkəməyə verəcək.
Əlqərəz, sözüm bu deputatların nə danışmağında deyil. Onsuz da onlara heç kim qulaq asmır. Milli Məclisdə özləri deyib, özləri eşidirlər. Xalq arasında isə onların danışdıqlaırnı sosial şəbəkədə müzakirə obyektinə çevirirlər. Çünki xalq da bilir ki, bizim deputatxanada deputatalar sadəcə yatmağa, gözlərini döyüb baxmağa və boş-boş danışmağa gəlirlər.
Bir də ki, deyir "keçəl dərman bilsə, öz başına sürtər". Bu deputatların da çarəsi olmuş olsa, daha çıxıb deputatxanada ev üçün kirayə pulu niyə istəsin ki...
Eh, nə isə. Yeni ilə yeni problemlərlə girmək heç də xoş olmadı.
Problem demişkən, yenə Bakıda qadın öldürülüb. Dünən Xətai rayonunda 35 yaşlı kişi 31 yaşlı arvadını baltalayıb, bununla ürəyi sakitləşməyib bıçaqlayaraq çoxsaylı zərblərlə qətlə yetirib. Qadın hüquqları, qadına qarşı zorakılığa dur de və s. və ilaxır. Boş-boş danışırıq da.
Xoş gəldin, Pələng! Amma heç də xoş gəlmədin. Yenə bahalaşma, yenə qadınlara qarşı zorakılıq... Allah axırımızı xeyir eləsin.
Bir də Allah özü bizi Eldar Quliyev kimi deputatların varlığından hifz eləsin. Amin!
Tarix: 5-01-2022, 15:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}