Ruslan Əliyev “Azəriqaz”ın vəzifəli şəxslərinin həbsi xəbərinə aydınlıq gətirdi


"Azəriqaz"ın baş direktoru Ruslan Əliyev İB-in məsul şəxslərinin həbsi barədə xəbərlərə aydınlıq gətirib.
 
Siam.az xəbər verir ki, R.Əliyev bu barədə feysbuk səhifəsində yazıb.
 
“Bir neçə gündür bəzi saytlarda və sosial şəbəkələrdə guya SOCAR “Azəriqaz” İB-nin bir neçə məsul şəxsinin həbsi ilə bağlı məlumatlar yayılır. Əvvəla diqqətinizə çatdırım ki, “Azəriqaz” İB-nin fəaliyyəti göz qabağındadır. Kifayət qədər sosiallaşmış Birliyin bu istiqamətdə əsas məqsədi baş verən proseslərə, problemlərə dərhal və adekvat reaksiya verməkdir ki, bunun da müsbət nəticələri ən müxtəlif səviyyələrdə etiraf olunmaqdadır. Söz yox, insan faktoru olan yerdə yüz faizlik nəticədən danışmaq bütün hallarda absurddur. Ancaq nöqsanların aradan qaldırılması istiqamətində ciddi şəkildə cəhd etdiyimizə sizi əmin edirəm. İstehsalat Birliyinin qapıları hər zaman media, bloger və QHT nümayəndələrinin, eləcə də sadə vətəndaşların üzünə açıqdır. Yəni istənilən sualın cavabı özünü çox gözlətdirmir. Təəssüf ki, bütün bunlara baxmayaraq yenə də, dəqiqləşdirilməmiş, dedi-qodu motivli informasiyalar dövriyyəyə buraxılır ki, bu da ictimai rəyin çaşdırılmasına xidmət edir”.
 
O, qeyd edib ki, bu da SOCAR “Azəriqaz” İB-nin işgüzar nüfuzuna təsirsiz ötüşmür: “Biz xidmət sahəsi olaraq ölkədə inhisarçı nüfuza malikik. Amma bu inhisarçılığın mahiyyətində diktə etmək, korporativ maraqlar əsla dayanmır. Biz xidmətimizi dövlət qurumu olaraq özümüzə borc və vəzifə bilirik. Odur ki, sizdən təvəqqe edirik, şaiyələrə köklənməyək və yolumuza qarşılıqlı etimad əsasında davam edək”.Pravda.az
Tarix: 19-05-2022, 09:28
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}