Təhsil ocaqlarının yaxınlığında qumarxanalar... - BU NƏDİ BELƏ?

Son günlər lotoreyaya marağın xeyli artdığı hər kəsə məlumdur. Əsasən, metrostansiyaların çıxışlarında uduşlu oyunların köşklərinə rast gəlirik. Küçə satış məntəqələrinin qarşısında böyük izdiham yaşanır. Böyüklər bir yana, artıq şagirdləri, tələbələri də bu oyuna cəlb etməyə çalışırlar. Orta və ali təhsil müəssisələrinə yaxın ərazilərdə uduşlu oyun köşkləri açılır. Məsələn, elə bu günlərdə "Elmlər Akademiyası" metrostansiyasında lotoreya köşkü fəaliyyətə başlayıb. Bura tələbələrin ən çox gediş-gəlişinin olduğu məkandır. Tələbə nədir, lotoreya oynamaq nədir? Belə olduğu təqdirdə təbii ki, şagirdlər, tələbələr dərslərə, təhsilə, özünüinkişafa deyil, qumara meyil edəcəklər. Gənclər ən gözəl zamanını nəyə görə "uduşlu" biletlərdən ziyana düşdüyü pulu necə qaytaracağı fikrinə xərcləməlidir? Əvəzinə kitab mağazası açılsa idi, oradan keçən şagirdlər, tələbələr mütaliə məqsədi üçün köşkə, satış məntəqəsinə müraciət etsəydilər, daha gözəl olmazdımı? Lotoreya məktəblilərin, özünü biliyinə, savadına verən yeniyetmələrin gələcəkləri üçün "boş ümid"dən başqa heç nə deyil.
Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov lotoreya köşklərinin təhsil müəssisələrinin yaxınlığında yerləşməsinin yolverilməz olduğunu bildirib:
“Məktəbyanı ərazilərdə də bu belədir. Diqqət etsək, görərik ki, məktəbyanı və universitet binalarının yerləşdiyi ərazilərdə ədədlə siqaret satan köşklər, kompüter oyunları olan klublar, lotoreya biletlərinin satışını gerçəkləşdirən piştaxtalar mövcuddur. Burada hədəf kimlərdir? Təbii ki, şagirdlər. Əlbəttə, həyatın heç bir çətinliyini görməyən, dəyişmək istəyən yeniyetmələrdə lotoreya oynamağa maraq oyanır. Bu isə onların dərsdən yayınmasına və oyun qurbanına çevrilməsinə səbəb olur. Lotoreya insanı psixoloji asılı salan oyundur”. Dia.az xəbər verir ki, professor, sosioloq Əhməd Qəşəmoğlu "Şərq"ə açıqlamasında İ.Orucovun fikirlərini dəstəklədiyini deyib:
"İndiki vaxtda görmək istədiyimiz, vacib bildiyimiz ən mühüm məsələlərdən biri təhsil mühitinin daha da yaxşılaşdırılmasıdır. Burada həm məktəbdaxili, həm də ona təsir edən kənar amillərdən söhbət gedir. Bilirik ki, maraqlı tərəflər əhalinin çox olduğu yerlərdə lotoreya, siqaret kimi köşklərin təşkilinə çalışır. Amma birmənalı olaraq, aydındır ki, dinimizdə də, cəmiyyətin bütün dövrlərində də bu cür qumar xarakterli məsələlərə həmişə tənqidi münasibət olub. Lotoreya oyunlarının keçirilməsinin arxasındakı fırıldaq mexanizmlərin əsas məqsədi camaatı daha çox aldatmaq və çoxlu pul əldə etməkdir. Mənəviyyat kimlərinsə maddi marağına qurban verilir. Ona görə də cəmiyyətimizdə çalışmalıyıq ki, qumar kimi oyunlara qarşı ictimai qınağı gücləndirək. Əhali bu məsələlərə mənfi münasibət bəsləməlidir. Bundan əlavə, inzibati sahədə də tədbirlər həyata keçirilməlidir. Hazırkı zamanda hər hansı istiqamətdə ciddi iş görmək üçün maarifləndirməyə, eyni zamanda inzibati məsələlərə, cəmiyyətin potensialından istifadə etməyə ehtiyac var. Bu yöndə də lazımlı işlər görülməlidir".
Tarix: 21-05-2022, 09:21
-
Bu gün, 08:42
Əmrullayevin işlərindən özü də baş açmır... - DƏLİXANADIR, VALLAH...
-
Bu gün, 08:39
Rusiya Ukraynanın Odessa vilayətinə hücum edib, ölən və yaralananlar var
-
Bu gün, 08:29
“Mənə dedi ki, 54 nəfər qazi intihar edib, guya sən ölsən dünya boş qalacaqmı?!” - Göyçayda ÖZBAŞINALIQ
-
Bu gün, 08:24
Fəlakət üstünə fəlakət: Xersonda faciənin miqyası böyüyür - FOTOLAR
-
Dünən, 23:20
YAP-çı deputat parlamenti AYAĞA QALDIRDI: "90-cı illərə qayıtmışıq!"VİDEO
-
Dünən, 23:11
"Kasıb adamlar niyə istirahət mərkəzinə gedib istirahət etməlidir ki?" - Ekspert
-
Dünən, 23:09
VAQİF SULTANLININ AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI KİTABI YAYINLANIB
-
Dünən, 22:57
“Nar” yerli İT mütəxəssislərini yetişdirir
-
Dünən, 22:54
Avropa İttifaqı: "Azərbaycanda müstəqil şəxslərin davamlı təqib olunmasından narahatıq"
-
Dünən, 22:52
Ermənilərlə birgə yaşamaq mümkün olacaqmı?
-
Dünən, 22:48
"Ukraynada müharibənin inkişafının üç ssenarisi" - "The Economist"
-
Dünən, 22:45
İmişli İcra Hakimiyyətinin “sevimli şirkəti” 584 min manata yolları təmir edəcək – QALMAQALLI TENDER
-
Dünən, 22:43
Elmar Vəliyevin oğlunun milyonluq mülkü ƏLİNDƏN ÇIXIR... - məhkəmə QƏRAR VERDİ
-
Dünən, 22:41
Tikinti şirkətlərinin fırıldağı: - Bu hekayədə yanan sakinlər oldu...
-
Dünən, 14:08
“Tərtər işi”ndə prokuror dəhşətli işgəncləri açıqladı, zərərçəkmiş huşunu itirdi - TƏFƏRRÜAT
-
Dünən, 14:05
Müxalifət yeni birlik yaradır - “Doğru Azərbaycan”ın hədəfi nədir?
-
Dünən, 10:21
3-cü bina öz halal sahibləri sayılan jurnalistlərə verilsin! - Prezidentin dediyi olsun...
-
Dünən, 10:10
Ramiz Zeynalovun nömrə, vəsiqə və texniki baxış biznesi - İLGİNC FAKTLAR
-
Dünən, 09:49
Cəlilabad rayonunda EKOLOJİ TERROR - NARAZILIQ VAR...
-
Dünən, 09:43
Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb
-
Dünən, 09:15
Erməni keşişlər Əskipara kəndinə toplanaraq “anklav” müzakirələrinə "yox" dedilər...
-
Dünən, 09:14
Bu dəfə tərsi oldu: Jurnalist başçını məhkəməyə verdi - TƏFƏRRÜAT
-
Dünən, 09:12
ABŞ Ukraynaya 2 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayıb - "Bloomberg"
-
Dünən, 08:48
Ali təhsil sisteminin 'UCQAR' VİLAYƏTİ - İLGİNC İDDİALAR
-
Dünən, 08:35
Sahibsiz və sahibli media mirzələri – jurnalistlər... - Bəzi müğənnilər özünə HƏCİ axtaran kimi, bir çox jurnalistlər də özünə “SAHİB” axtarır...
-
Dünən, 08:34
Ermənilərlə birgə yaşamaq mümkün olacaqmı?
-
Dünən, 08:26
"Sərhədləri bağlı saxla, qiymətləri özün yüksək təyin elə, sonra hələ bir ziyanla da işlə"
-
Dünən, 08:24
Şimal-Cənub qütbü” arasında sıxılan Azərbaycan-İran münasibətləri... - Hindistan “şifrəsi”
-
Dünən, 08:16
Vətəndaşla danışığa QOÇU GÖNDƏRİLİR - Buraların qaydası budur...
-
8-06-2023, 23:44
Azərbaycanın “qara siyahı”sı: “Orada adları olanlar...” – Ermənilərdən iddia
{sape_links}{sape_article}