Əmrullayevin REPETİTOR DƏRDİ... - Nazir DÜZMÜ BUYURUR?
“Repetitorlar bu gün şagirdin hansısa imtahanda ən yaxşı halda 5-10 bal artıq yığmasına xidmət edir. 9-cu sinfin nəticələri zəif olan şagirdlərə repetitorlar belə kömək edə bilmir. Repetitor yaxşı oxuyan şagirdi daha yaxşı oxumaq üçün hazırlaşdırır”. Təhsil naziri Emin Əmrullayevin bu iddiaları ictimaiyyətdə narazılıq doğurub. Dia.az-ın məlumatına görə, təhsil nazirinin fikirlərini şərh edən ekspert Kamran Əsədov “Şərq”ə açıqlamasında deyib ki, nəinki ölkəmizdə, postsovet ölkələrinin əksəriyyətində təhsil sisteminin bugünkü durumu acınacaqlı vəziyyətdədir. Bunun səbəbləri isə kifayət qədər dərindir: “Öncə bu vəziyyət siyasi faktorlarla bağlı olub, SSRİ adlanan nəhəng bir imperiyanın müxtəlif müstəqil dövlətlərə parçalanması və nəticədə mövcud vahid sovet təhsil sisteminin də süquta yetməsi ilə izah olunmalıdır. Belə ki, sovet rejiminin bütün digər qüsurlarına baxmayaraq, onun elm-təhsil sisteminin kifayət qədər güclü olmasına, yüksək səviyyəli elm və pedaqoji kadrların mövcudluğuna da şəkk yox idi. Lakin bu da bir həqiqətdir ki, ölkəmizdə təhsil sisteminin bugünkü böhran vəziyyətinin sirlərini cəmiyyətimizin yalnız mövcud zəminində yox, həm də onun dünənki, əsasən keçən əsrin 70-80-ci illərdəki real qüsurlu məqamında axtarmaq gərəkdir. Danılmaz faktdır ki, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repetitorlara müaciət etməsələr yaxşı nəticə əldə etmələri inandırıcı olmaz.
Əslində təhsildə kütləvi şəkildə repetitorluq modeli son illərdə ortaya çıxıb. Əvvəl şagirdlər orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə daxil olurdular. Repetitor yanına gedən şagird daha ciddi nəzarətə götürülür. Şagirdin vaxtlı-vaxtında müəllimin yanına gedib-gəlməsi, müəllimə xüsusi ianə xərclənməsi və bütün bunların valideyn tərəfindən daha ciddi nəzarətə götürülməsi yaxşı nəticə verir. Orta məktəbə gedən şagirdi isə valideyn güclü nəzarətdə saxlamır. Həmin şagirdlər də hazırlığa gedə bilmədikləri, digər abituriyentlərdən “geri qaldıqları” üçün ruhdan düşürlər. Təcrübə göstərir ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər. Bu şərtlə ki, şagirdə həm valideyn ciddi nəzarət eləsin, həm məktəb dərsin keyfiyyətinə fikir versin”.
K.Əsədovun sözlərinə görə, son vaxtlar abituriyentlərin repetitorlara az müraciət etməsinin əsas səbəbi onların xidmət haqlarının yüksək olmasıdır. Yəni illərlə bu sahədə məşğul olan təcrübəli repetitorlar daha yüksək qiymətə xidmət haqqı təklif edirlər:
“Valideynlər isə daha ucuz xidmət haqqına meyl edirlər. Yəni valideyn iki fərdi müəllimə 200 manat verməkdənsə, 5 fənn üçün kursa, tədris mərkəzinə göndərir və iki repetitora verdiyi xidmət haqqını ödəyir.
Bundan başqa son dövrlərdə qəbul imtahanlarında baş verən dəyişiklikləri repetitorlar yaxşı mənimsəmirlər, onlar elektron ərizə qəbulu və bu kimi digər yenilikləri bilmədikləri üçün valideynlər əlavə yerlərə xidmət üçün müraciət etməli olurlar.
Eyni zamanda şagirdlər seçdiyi qrup üzrə onlara lazım olan fənlərə daha çox zaman ayırır və repetitor yanına da yalnız bu fənlər üzrə gedir. Bunun nəticəsində də şagirdlər elmi biliklərə birtərəfli qaydada yiyələnir. Beləliklə, şagirdlərin dünyagörüşləri zəif inkişaf edir.
Bu da gələcəkdə onların iş fəaliyyətində problemlər yarada bilər. Hesab edirəm ki, repetitor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı. Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repetitorluq xidməti göstərirlər. Ona görə də Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Vergilər Nazirliyi və Sosial Müdafiə Nazirliyinin mövcud olacağı bir komissiya yaradıb orda təhsil xidmətləri göstərənlər yoxlanılmalı və fəaliyyət icazəsi verilməlidir.
Bu gün taksi fəaliyyəti göstərmək üçün uyğunluq sertifikatı verilir. Yalnız sənədləri qaydasında olanlara bu icazə verilir. Düşünürəm ki, bunu repetitorluq, hazırlıq kursları sisteminə də tətbiq etmək lazımdır”.
Repetitorluğun ta qədim zamanlardan mövcud olduğunu vurğulayan təhsil ekspertinin sözlərinə görə, maddi cəhətdən az-çox imkanlı insanların övladları üçün nəzərdə tutulan xüsusi təlim-tədris vasitəsi kimi yüksək səviyyəli elitaların yetişdirilməsində mühüm rol oynayıb:
“Çox təəssüflər olsun ki, hazırda müəyyən istisna hallardan başqa, bu qədim təlim-tədris vasitəsi bu gün öz tarixi mahiyyətini itirərək, bir qisim işsiz və ya cüzi əmək haqqı alan alim və müəllimlərimizin əsas ruzi mənbəyinə çevrilib. Repetitorluğu açıq-aşkar biznesə çevirmə halları da istisna deyil.
Ancaq bu gün repetitorların bəlkə də əksəriyyətini bilavasitə şagirdlərin öz orta məktəb müəllimləri təşkil edir. Müəllim-şagird münasibətlərində yaranan bazar ticarətinin hədsiz dərəcədə qınanmalı fakt olduğunu qəbul etsək də, digər tərəfdən, cüzi maaş alan müəllimlərimizin buna məcburən sövq edildiyini də qəbul etməyə borcluyuq.
Bununla belə, istənilən halda repetitorluq - təhsilin səviyyəsini aşağı salmaz, yalnız yüksəldə bilər və bayaq qeyd etdiyim kimi, əgər bu tədris vasitəsi də olmasaydı, bu gün təhsilimiz tamamilə iflasa uğrayardı”.
Tarix: 25-06-2022, 10:24
-
Dünən, 19:24
Kamran Əliyev təqaüdə göndərildi, bəs 73 yaşlı Ramiz Zeynalov? - AÇIQLAMA
-
Dünən, 19:20
Xırdalan 9 saylı tam orta məktəbdə hansı qanunsuzluqlar hökm sürür və dövlət büdcəsi necə talan edilir? ARAŞDIRMA
-
Dünən, 19:19
Uşaqlar niyə bu qədər aqressivləşib? - “Günahkar həm də mətbuatdır”
-
Dünən, 19:17
DİN borclu olmadığını bildirsə də, avtomobilini cərimə meydançasından çıxara bilmir – Bakı sakini rəsmi qurumlardan ŞİKAYƏTÇİDİR
-
Dünən, 19:16
“Pilgrim Education” şirkət rəhbərindən Mehriban xanım Əliyevaya MÜRACİƏT
-
Dünən, 19:11
Dövlət qurumu auditor seçib - QALİB ŞİRKƏT, MƏBLƏĞ
-
Dünən, 19:10
Şahmar Hüseynov SOCAR prezidentinin müşaviri - TƏYİN EDİLİB
-
Dünən, 19:08
Diri atı 340 manata Qazaxıstana satıb, kiloqramı 2,9 manata Qazaxıstandan at əti alırıq - Görən desin ki, ticarətlə məşğuluq...
-
Dünən, 19:06
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
-
Dünən, 19:04
Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
-
Dünən, 19:01
Taleh Qaraşovun qardaşı oğluna hökm oxundu - Atasını öldürmüşdü
-
Dünən, 18:59
Şuşada işçilərin maaşını verməyən şirkət 20 min cərimələndi - TƏFƏRRÜAT
-
Dünən, 18:58
İşdən çıxarılan əməkdaşı “AZENCO”nu məhkəməyə verdi - TƏFƏRRÜAT
-
Dünən, 18:25
Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti
-
Dünən, 18:16
Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı
-
Dünən, 18:14
ABŞ-ın təşəbbüsü regionda gərginliyi artıracaq – Brüssel görüşünün təhlükəli tərəfi
-
Dünən, 16:29
Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?
-
Dünən, 16:11
İsveçərədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər - SİFARİŞÇİ KİMDİR?
-
Dünən, 14:45
Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR
-
Dünən, 13:27
Eldar Əzizov Xalid Ələkbərovu CƏZALANDIRDI - Bakı Şəhər İcra Hakimiyyətində geniş müşavirə
-
Dünən, 12:33
Rövşən Nəcəf "Azneft"in rəhbərini işdən çıxardı - Yeni təyinat
-
Dünən, 11:54
Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!
-
Dünən, 10:39
“OBA” marketdə keçmiş arvadını öldürən şəxsin yenidən məhkəməsi başladı
-
Dünən, 10:33
Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...
-
Dünən, 10:24
Moskvanın "göz yaşlarına" heç kəs inanmır - Qərb düyməni basıb, bu şəhəri daha sakit gün gözləmir....
-
Dünən, 10:22
Həkimin rüşvətalma görüntüləri... - Qurumlar özlərini məsuliyyətdən kənarda tutur
-
Dünən, 10:20
Konstitusiya Məhkəməsi səlahiyyələrini niyə aşır? - BU DA FAKT!!!
-
Dünən, 10:19
Həkim bel ağrılarına görə uzanmağı qadağan edib
-
Dünən, 10:13
"Mərkəzi Bank demək istəyir ki, devalvasiyadan qorxmur" - Ekspert
-
Dünən, 10:11
Göygöl sakini: “Bütöv bir ailəyə zülm edirlər, bu qədər vicdansızlıq olar?!”
{sape_links}{sape_article}