Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov rayon rəhbərliyi ilə birlikdə şəhid Məftun Əhmədzadənin yeddi mərasimində iştirak edib


Mərkəzi İcra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 
yerlərdə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq 22 sentyabr 2022-ci il tarixdə Tərtər 
rayonunda vətəndaşları qəbul edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət 
Xidmətinin rəisi Arzu Rəhimov qəbuldan sonra rayon icra hakimiyyəti başçısı Müstəqim 
Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq mühafizə orqanlarının və digər 
qrumların rəhbərləri ilə birlikdə rayonun Evoğlu kəndindən olan şəhid Məftun 
Əhmədzadənin yeddi mərasimində iştirak edib, şəhidin ailəsinə başsağlığı veriblər.
Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, keçdikləri döyüş yoluna nəzər 
salınıb, xatirələri ehtiramla anılıb.
Qeyd edək ki, Tərtər rayonunun Evoğlu kənd sakini 1996-cı il təvəllüdlü, Azərbaycan 
Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgər 
Əhmədzadə Məftun Seymur oğlu Ermənistan tərəfindən 12-13 sentyabr 2022-ci il 
tarixində sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid 
olub.
Şəhidin ailəsi onlara göstərilən xüsusi  diqqət və qayğıya görə möhtərəm Prezident 
cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz 
minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
SİAM.AZ

Tarix: 22-09-2022, 21:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}