"Erməni hərbi birləşmələri müharibəyə hazırlıq mərhələsindədirlər"



“Son 3 aydır erməni silahlı dəstələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağdakı ərazilərdən, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədi bölgəsindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutması vəziyyətin getdikcə gərginləşməsindən xəbər verir. 
Bunu deməyə əsas verən səbəblərdən biri son bir ayda ermənilərin Qarabağda həm yeni mühəndis-istehkam xətti formalaşdırmaqları, həm də müxtəlif vasitələrlə hərbi texnika əldə etmələridir”.
 
Siam.az xəbər verir ki, bunu hərbi ekspert Ramil Məmmədli bildirib:
 
“Həmçinin Azərbaycan Müdafiə Nazirliyinin atəşkəsi pozulması ilə bağlı xəbərləri də artıq hər gün, hətta gündə 2 dəfə olur. Azərbaycan Ordusunun mövqelərinin davamlı atəşə tutulması ermənilərin hərbi baxımdan fəallaşması kimi təhlil olunmalıdır. Bu isə ermənilərin hərbi-texniki və canlı qüvvə baxımından yenidən komplektləşməsinə işarədir.
 
Hesab edirəm ki, erməni hərbi birləşmələri müharibəyə, yaxudda hansısa istiqamətdə lokal hərbi əməliyyat həyata keçirməyə hazırlıq mərhələsindədirlər. Xatırladım ki, sülhməramlıların nəzarətində olan ərazidə Ermənistan Müdafiə Nazirliyinə tabe olan 1-ci Əlahiddə Ordu birləşməsinin hərbi bölmələri, həmçinin separatçılara tabe olan qanunsuz silahlı dəstələr mövcuddur” – R.Məmmədli qeyd edib.
Pravda.az 
Tarix: 28-11-2022, 08:39




Xəbər lenti

{sape_links}{sape_article}