Azərbaycanın "MİR" problemi: Sanksiyalar gözlənilir? - NƏ ETMƏLİ?

Rusiya Azərbaycanın “MİR” ödəniş sisteminə maraqlıdır.
DİA.AZ xatırladır ki, bunu Rusiyanın xariuci işlər naziri Sergey Lavrovun açıqlaması deməyə əsas verir. Lavrovun bununla bağlı söylədiyi fikirlər hazırda “MİR” ödəniş sisteminin Azərbaycanda tətbiqi ilə bağlı iki ölkə arasında müzakirələrin aparıldığını göstərir.
““MİR” ödəniş sisteminə Azərbaycanda maraq var”, - deyə Rusiyanın xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşünün yekunlarına dair birgə mətbuat konfransında belə deyib.
O, Azərbaycanda Rusiyanın “MİR” ödəniş sisteminə maraq olduğunu bildirib:
“Biz bunu görürük. Düşünürəm ki, bu məsələ Rusiya Federasiyası və Azərbaycan Respublikası hökumətlərinin nəzarətindədir”.
Ancaq Lavrov bu məsələdə maraqlı tərəfin kommersiya, yoxsa qeyri-kommersiya qurumlarının olduğunu açıqlamayıb.
Mövcud şəraitdə sanksiyalara məruz qalmış Rusiyanın “MİR” ödəniş sistemi vasitəsilə bank əməliyyatlarının həyata keçirilməsi kifayət qədər riskli addımdır. Rusiya beynəlxalq SWİFT sistemindən çıxarıldıqdan sonra “MİR” ödəniş kartları əksər ölkələrdə bloklanıb.
Ona görə də Rusiya digər ölkələrlə maliyyə əməliyyatlarını genişləndirmək üçün alternativ yollar axtarır. Görünür, xarici işlər nazirlərinin qapalı keçirilən görüşündə də müzakirə olunan əsas məsələlərdən biri məhz “MİR” sisteminin Azərbaycanda tətbiqi olub. Lakin adıçəkilən maliyyə əməliyyatlarına qoşulmaq Azərbaycanı sanksiyayaların hədəfinə gətirə bilər.
Onu da qeyd edək ki, Azərbaycandakı Rusiya sülhməramlı qüvvələrinin aylıq əməkhaqqının “MİR” kartları ilə ödənildiyi bildirilir. Bu proses Ermənistan üzərindən həyata keçirilir. Əgər “MİR” ödəniş sistemi Azərbaycanda tətbiq olunsa, o zaman Rusiya hərbçilərinin məvacib almaq üçün Ermənistana getməsinə ehtiyac qalmayacaq. Yəni Rusiyanın təklifi bununla da bağlı ola bilər.
Sergey Lavrovun da ““MİR” ödəniş sisteminə Azərbaycanda maraq var”-deyərkən kommersiya banklarını deyil, məhz sülhməramlıları nəzərdə tutduğu istisna olunmur.
Politoloq Yeganə Hacıyeva Cebhe.info-ya açıqlamasında bildirib ki, Ukraynadakı proseslərin fonunda “MİR” ödəniş sistemi ilə bağlı bir neçə qərar qəbul olunub:
"Belə ki, Ukraynadakı müharibə qaynaqlarının, xüsusilə də işğal olunmuş Donetsk və Luqansk vilayətlərindəki separatçı rejimlər üzərindən maliyyə köçürmələrinin kəsilməsi üçün sanksiyalar tətbiq olunub. Sonra bu qadağalar aradan qaldırıldı. Çünki Rusiya hakimiyyətinə xidmət etməyən və ona bağlı olmayan bir sıra mülki şəxslər bu sanksiyalardan əziyyət çəkirdi.
Yəni onların sanksiyanın təsirinə məruz qalması Rusiya hakimiyyətinin səhvlərinə görə cəzalandırılması anlamına gəlirdi. Bu doğru deyildi və ona görə də sanksiyalara bir sıra korreksiyalar edildi. Bunlardan birincisi, mülki şəxslərin maliyyə köçürmələrinə tətbiq edilən qadağaların zəiflədilməsi idi. Belə ki, növbəti sanksiyalar paketinin həmin ödəniş sistemlərinə şamil edilməməsi barədə razılıq əldə olundu.
Məsələ bundadır ki, yalnız hərbçilər deyil, Rusiyadan kənarda yaşayan, lakin “MİR” sistemi ilə təqaüd alan pensiyaçılar var. Yəni Rusiya vətəndaşı Rusiyadan kənarda öz pulunu xərcləyə bilmir. Beynəlxalq maliyyə sistemləri sanksiyalarla əlaqədar Rusiyanı tərk etdiyinə görə ölkə əhalisi arasında Rusiyanın pulköçürmə sistemlərinə loyallaşma getdi. Bunlardan biri də “MİR” ödəniş sistemidir.
Digər tərəfdən, Azərbaycanın buna maraqlı olması barədə deyilənlər sualın maraqlı məqamıdır. Rəsmi Moskvanın dünya ilə münasibətinin necə olmasından asılı olmayaraq, Rusiyada iki milyondan artıq azərbaycanlı var. Onların Azərbaycanda yaşayan ailə üzvlərinə və yaxın qohumlarına pul göndərir. Həmin insanları bu köçürmə imkanlarından məhrum edə bilmərik.
“MİR” sistemi qismən səmərəli olduğuna, yəni ödəniş sistemlərində tutulan faiz dərəcələri aşağı olduğuna görə, aktiv istifadə olunur. Sanksiyalara məruz qalmamaq üçün Rusiya hökumətinin özü də “MİR” sisteminin legitimləşdirlməsi istiqaməsində müəyyən addımlar atır. Rusiya postsovet ölkələrində özünə məxsus ödəniş sisteminin dayanmamasına çalışır. Rusiya sülhməramlılarının maliyyə ödənişlərinin də “MİR” sistemi vasitəsilə həyata keçirldiyinə dair məlumatlar, sübutlar var.
Bu da maaşların ödənilməsi ilə bağlıdır. Ancaq bunun Azərbaycan üzərindən həyata keçirilməsi mümkün görünmür. Çünki bu prosesin Azərbaycanın bank sistemi vasitəsilə təmin olunmasında problemlər yarana bilər. Əgər Azərbaycan buna razılıq versə belə, ciddi problem yaranmayacaq. Çünki “MİR” legitim pulların dövriyyə sistemidir. Bu baxımdan, qeyd edilən sistem sanksiyalara məruz qala bilməz.
Legitim pulların dövriyyəsi siyasi qərarların təsirinə məruz qalmamalıdır. Amma Azərbaycanda bu sistem vasitəsilə hər hansı ödənişlərin edilməsi inandırıcı görünmür. Çünki bizə bu lazım deyil. Azərbaycanda maliyyə əməliyyatlarını yüksək səviyyədə həyata keçirən həm daxili, həm də beynəlxalq ödəniş sistemləri var. Ümumiyyətlə, maliyyə sistemlərinə qarşı sanksiyalarda iştirak etmək dövlətlərin özlərinin imkanlarına limit qoyulması deməkdir. Biz də bu limitin tətbiqində maraqlı deyilik.
Eyni zamanda, Rusiyanın dövlət olaraq zəifləməsi Azərbaycan üçün yeni risklər formalaşdırır. Bu halda Ermənistan özü üçün yeni bacılar axtarışına çıxması deməkdir. Orada da daxildə erməni lobbisi var ki, onlar Rusiya dövləti adından çıxış etmək imkanına malikdir. Bu da Azərbaycan üçün risklər yaradır. Bu isə Azərbaycana lazım deyil”.
Tarix: 6-12-2022, 18:17
-
Dünən, 22:01
TƏBİB cərimə oluna bilər
-
Dünən, 21:59
"Polislər yoldaşımın vəziyyətinə əhəmiyyət vermədən narkoloji müayinəyə göndərdilər"
-
Dünən, 21:47
Bir uzunqulağa görə sosial yardımdan məhrum oldu - Tərtərdə LƏTİFƏ KİMİ HADİSƏ
-
Dünən, 21:10
Rusiya neft məhsullarına qiymət həddi 100 dollar səviyyəsində dəstəklənir
-
Dünən, 21:04
Rusiya hərbçilərinin olduğu xəstəxanada partlayış olub, onlarla ölən var
-
Dünən, 17:12
Tərtərdə şəhid Mehdiyev Yasənin qardaşının toy mərasimi keçirilib
-
Dünən, 17:11
Priqojin "Vaqner"ə rəhbərlik etmir - Kəşfiyyat
-
Dünən, 15:27
Neftçalada narazılıq pik həddə: - sabiq icra başçısı Mirhəsən Seyidova dərs keçdi
-
Dünən, 15:12
Sumqayıtın bitməyən dərdi - "Şikayətimizi kimə deyək?" // VİDEO
-
Dünən, 15:08
Misir prezidentini Bakıya gətirən səbəblər: Qahirə və Bakı arasında təhlükəsizlik paktı imzalana bilər
-
Dünən, 14:55
"Sən özünü yaxşı aparmadın, mən sənə məktub vermişdim..." - NARAZILIQ VAR!
-
Dünən, 12:23
Türkiyə NATO-nu tərk edə bilərmi?
-
Dünən, 12:21
Kooperasiya Universitetində “YIĞIM MÖVSÜMÜ” - Şöbə müdiri qiymət üçün magistrlərə neçə manat “oxuyur?”
-
Dünən, 12:13
Mansur yavaşladı: Ərdoğan, yoxsa Kılıçdaroğlu? - GƏLİŞMƏ
-
Dünən, 11:54
Xaraba günə qalan GORANBOY... - Buraların yiyəsi YOXDUR?
-
Dünən, 09:49
"23 ildir ki biz buranın səhmdarıyıq..." - Bakıda ETİRAZ
-
Dünən, 09:46
SOCAR-IN GEOFİZİKA VƏ GEOLOGİYA İDARƏSİNİN KOLLEKTİVİ RÖVŞƏN NƏCƏFDƏN KÖMƏK İSTƏYİR
-
Dünən, 08:38
Zeleniski: “Rusiyadan sonra ikinci düşmənim korrupsioner məmurlardır”
-
Dünən, 08:37
Vaşinqton Rusiya təyyarələri ilə bağlı Ankaraya xəbərdarlıq edib
-
Dünən, 08:36
Putin Rusiya ərazisini yeni istiqamətdə genişləndirmək qərarına gəldi
-
Dünən, 08:35
Rusiyada azərbaycanlı: ‘Oğlum da müharibəyə getmək istəyir, qoymuram’
-
Dünən, 08:34
‘Erkin Qədirli vicdanlı adamdır, ondan izqoy etmək lazım deyil’
-
Dünən, 08:32
Berlin divarları, qətllər, dövlətə xəyanət, həbs və... – Yoldaş Honekkerin HEKAYƏSİ
-
Dünən, 08:31
İranın Azərbaycandakı səfirliyi də TERROR sözünü işlətmədi - "Bu acı hadisə..."
-
Dünən, 08:30
"Bayden İranla münasibətlərin həllində hərbi yolu istisna etmir" - KİV
-
Dünən, 08:29
Erməni deputat: Moskva Avropaya görə ‘qısqanclıq səhnəsi’ qurub
-
Dünən, 08:28
2022-ci ildə ABŞ silah satışını 50% artırıb - Qlobal güc rəqabəti yenidən geri qayıdıb
-
27-01-2023, 22:09
Xəstə vəfat edib, qızının 20 min manat borcu qalıb… – İşləməyən icbari tibbi sığorta
-
27-01-2023, 22:04
Kəlbəcərdə işləmiş fəhlələr maaşlarını ala bilmədiklərini deyirlər
-
27-01-2023, 22:02
“Terrorçunun məqsədi Azərbaycanın səfirini öldürmək olub” – Türkiyəli ekspertdən ŞOK AÇIQLAMA
{sape_links}{sape_article}