Nəcməddin Sadıqovun "sağ əli" əsgərləri bağ evində işlədirmiş...

Nəcməddin Sadıqovun "sağ əli" əsgərləri bağ evində işlədirmiş...Nəcməddin Sadıkov

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, eləcə də Hərbi Təhsil və Tədris İdarəsinin Tədrisin planlaşdırılması şöbəsinin tədris vəsaitlərinin hazırlanması bölməsinin baş zabiti olmuş Zahid Niftəliyevin mühakiməsi başlayıb. "Nəcməddin Sadıqovun yaxın adamı" kimi tanınan, "Şlyapa Zahid" ləqəbli Zahid Niftəliyevin işinə Tərtər Hərbi Məhkəməsində baxılır.

Bizimyol.info xəbər verir ki, Zahid Niftəliyev N saylı hərbi hissənin tağım komandirinin müavini Elsevər Niftəliyevlə birliklə mühakimə olunur. Soyadları eyni olsa da, onlar qohum deyil. Lakin hər ikisi rüşvət almaqda ittiham olunur. Zahid Niftəliyevə həm də vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ittihamı irəli sürülüb. O, N saylı hərbi hissənin əsgər və çavuşlarını özünə məxsus, Qəbələ rayonu, Vəndam kəndindəki bağ evində evində betonlama işlərində işlədib. Nəticədə hərbi qulluqçuların səhhətində ciddi problemlər yaranıb.
Həmin hərbi hissənin rəhbər şəxsləri, əsgərlər də istintaq dövründə dindirilib. Hətta Vəndamdakı evə baxış da keçirilib. 1955-ci il təvəllüdlü Zahid Niftəliyev hazırda həbsdədir, Bakı İstintaq Təcridxanasında saxlanılır.
1987-ci il təvəllüdlü Elsevər Niftəliyev isə həbsdə deyil, istintaq dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. İttihama əsasən, Zahid Niftəliyev Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərilə münasibətlərindən istifadə edərək, müxtəlif hərbi qulluqçuları ordudan tərxis etdirmək, xidmət yerini dəyişdirmək və s. işlər görməyin müqabilində rüşvət alıb. Zahid Niftəliyev ifadə verməkdən imtina edib. O, qısaca deyib ki, özünü təqsirli bilmir.
Elsevər Niftəliyev özünü təqsirli bilir. O, Zahid Niftəliyevin əleyhinə ifadə verib: "2014-cü ilin yay aylarında Zahid Niftəliyevlə "Elmlər Akademiyası”nın yaxınlığında görüşəndə dedi ki, hərbi xidmətə qəbul edilmək, ordudan tərxis olunmaq, xidmət yerini dəyişdirmək istəyən etibarlı adam olsa, ona məlumat verim. Müdafiə Nazirliyinin Baş qərargah rəisi Nəcməddin Sadıkov vasitəsilə bu işləri görə bilər. Onunla dostluq münasibətləri var..."
Şahid Kamandar İbrahimov da təsdiqləyib ki, Nəcməddin Sadıqov onun işlədiyi hərbi hissəyə gəlib, Zahid Niftəliyevi tapşırmışdı: "Ona görə korpus komandiri Hikmət Həsənov Zahid Niftəliyevi xüsusi qarşılayırdı. Bir gün mənə dedilər ki, hərbi hissənin bir sıra hərbi qulluqçuları Qəbələnin Vəndam kəndində beton işləri görməyə gedəcək. Ev də Nəcməddin Sadıqovun "sağ əli" Zahid Niftəliyevindi. Mən özüm Zahid Niftəliyevi hərbi hissəyə gəlib-gedəndə tanımışam.
Nəcməddin Sadıqov tapşırmışdı ki, "onun sözü mənim sözümdü".
Nəcməddin Sadıqov 1993-cü ilin noyabrından 2021-ci ilin yanvarına qədər Baş Qərargah rəisi vəzifəsində çalışıb.
Tarix: 23-01-2023, 16:39
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}