TƏBİB cərimə oluna bilər


"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs (TƏBİB) barəsində protokol tərtib edilib. 

Qaynarinfo-nun məlumatına görə, TƏBİB gömrükdə malların saxlanca qoyulması və saxlanc qaydalarının pozmaqda təqsirli bilinir. Qurum barəsində İnzibati Xətalar Məcəlləsinin 496.1 maddəsi ilə protokol yazılıb.
Sözügedən maddəyə görə, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

İşə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Tarix: 28-01-2023, 22:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}