Novruz bayramı münasibəti ilə Tərtər rayonunda ümumrayon tədbiri keçirilib



Xalqımızın ən əziz bayramlarından olan Novruz Tərtər rayonunda böyük coşqu ilə qeyd 
olunur. Tərtərlilər baharın gəlişini böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayırlar.

Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha 
yaxından tanıtmaq və təbliğ etmək məqsədilə Mərkəzi Meydanda təşkil olunan tədbirdə 
rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib 
Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının və rayon 
Ağsaqqallar Şurasının sədrləri, idarə, təşkilat və müəssisələrin kollektivləri, şəhid 
ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini 
ziyarət edib, önünə tər gül-çiçək dəstələri düzüblər.
Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda  canından 
keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra rayon rəhbəri qazilərlə birlikdə bayram tonqalını alovlandırıb.                   
Tədbir iştirakçıları bayram münasibətilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı 
nümunələrindən ibarət sərgi ilə tanış olublar. Bayram şənliyində milli adət və 
ənənələrimiz nümayiş etdirilib, Novruzun personajları olan Kosanın və Keçəlin 
məzhəkəli oyunları, gənc idmançıların çıxışları maraqla qarşılanıb. Dədə Qorqudla 
Bahar qız şənlik iştirakçılarına xoş arzularını çatdırıb, elimizə, obamıza sülh, əmin-
amanlıq diləyiblər.       
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 
tərtərliləri bayram münasibətilə təbrik edərək, onlara cansağlığı, ruzi-bərəkət və 
firavanlıq arzulayıb. Bildirib ki, ölkəmizdə Novruz bayramı əvvəlki illərdən daha artıq 
coşqu ilə, daha möhtəşəm qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti, 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində 
qazandığımız Zəfər xalqımızın başını uca edib. 30 il işğal altında olan dədə-baba 
yurdlarımızda indi bayram tonqalları qalanır. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə 
ordumuzun sayəsində Vətənimizin ərazi bütövlüyü təmin olunub. Qeyd olunub ki, Böyük 
Qayıdış proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin 
mərhələdə 20 məcburi köçkün ailəsi köçürülüb. İndi artıq Talış kəndinin sakinləri də 
baharın gəlişini öz doğma yurdlarında qarşılayırlar.
Milli Məclisin deputatı Sahib Alıyev şıxış edərək tərtərlilərə təbrikini çatdırıb, Novruz 
bayramının xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, 
dünyaya tanıtdıran qədim el bayramı olduğunu bildirib. Qeyd edib ki, Novruz qədər 
zəngin ənənəyə malik ikinci bir bayram təsəvvür etmək çətindir.
Tədbir Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyi tərəfindən 
hazırlanan şən və rəngarəng konsert proqramı və əməkdar artist Gülüstan Əliyevanın 
ifasında səsləndirilən musiqilərlə davam etdirilib.

Tarix: 18-03-2023, 22:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}