Bir azdan Yasamalda piyadalar QANAD AÇIB UÇMALI OLACAQ… – Başqa nə gözləyirdik ki?



Yasamal rayonu ərazisində səkilərin özbaşına, necəgəldi zəbt edilməsi davam edir. İndi də rayonun ən gözəl və işlək yerlərindən olan Hüseyn Cavid prospektinin səkiləri yöndəmsiz qoyulmuş köşklər, market soyuducuları ilə zəbt edilir.
Tribunainfo.az-a problemini danışan sakin bildirib ki, hər ötən gün səkilər daha da daralır, gediş-gəliş çətinləşir. Mağazalar yolun ortasına qədər mal düzür, köşklərin isə yanına 5-dən çox suyuducu yığılır.
Sakinlər bildirib ki, Yeni ilin yaxınlaşmasıyla əlaqədar yolka ağacı, bayram bəzəyi satan mağazalar bütün səkiləri zəbt edib.
Şikayətçinin sözlərinə görə, yöndəmsiz qoyulan köşklər həm səkini daraldır, həm də uşaq arabası, əlil arabası üçün nəzərdə tutulmuş yolu bağlayıb. Sakinlər aidiyyəti qurumların tədbir görməsini tələb edir.
Bir azdan Yasamalda piyadalar QANAD AÇIB UÇMALI OLACAQ...
Bir azdan Yasamalda piyadalar QANAD AÇIB UÇMALI OLACAQ...

Tarix: 5-12-2023, 16:24
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}