Sabiq vəzifəli şəxslər yenidən məhkəmə qarşısına çıxarılır
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəzifəli şəxsləri Əbülfəz İbrahimov, Arif Qəmbərov, Nizami Əhmədov, Səmayə Eminova, Bəyəli Xəlilov, Şahin Məmmədov və Elçin Ələkbərovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses martın 27-nə təyin edilib.
Şikayət hakimi Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: Adıçəkilən şəxslər 2020-ci ildə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatdan aydın olur ki, DSMF-nin Gəncə şəhər Kəpəz və Nizami rayon şöbələrinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı DSMF-dən daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə müyyən edilib ki, Fondun Gəncə şəhər Nizami rayon şöbəsinin Sosial sığorta sektorunun baş məsləhətçisi vəzifəsində işləmiş Ələkbərov Elçin Qoşqar oğlunun həmin fondun Gəncə şəhəri Kəpəz şöbəsinin müdiri vəzifəsində işləmiş Qəmbərov Arif Rəşid oğlu və pensiya təyinatı sektorunun müdiri Eminova Səmayə Zakir qızı ilə birlikdə ayrı-ayrı şəxslərə saxta sənədlər əsasında pensiya təyin edilməsi müqabilində 5 nəfərdən ümumilikdə 23 min 500 manat məbləğində pul alıb həmin vəsaiti öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməsinə, eləcə də öz qulluq mövqeyindən istifadə edərək fonda məxsus 19 min 280 manat məbləğində pul vəsaitini israf edib.
Bundan başqa, Elçin Ələkbərovun ayrı-ayrı vaxtlarda Səmayə Eminova, habelə fondun Gəncə şəhəri Kəpəz şöbəsinin müdiri vəzifəsində işləmiş Əhmədov Nizami Məmməd oğlu, müdir müavini Xəlilov Bəyəli Şərif oğlu, mütəxəssisi Rafael Novruzov və vətəndaş Şahin Məmmədov ilə birlikdə eyni məqsədlə ayrı-ayrı şəxslərdən ümumilikdə 136 min 300 manat məbləğində pul alıb həmin vəsaiti öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməsinə, eləcə də öz qulluq mövqeyindən istifadə edərək fonda məxsus 113 min 965 manat məbləğində pul vəsaitini israf etməsinə, həmçinin ayrı-ayrı şəxsləri aldadaraq ümumilikdə 39 min 361 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə, həmin şəxsləri rüşvət verməyə təhrik etməsinə, öz qulluq mövqeyindən istifadə etməklə vətəndaş Əbülfəz İbrahimov və digərləri ilə birlikdə 22 nəfərə məxsus cəmi 58 min 300 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən olunub.
İş üzrə toplanmış sübutlar əsasında Elçin Ələkbərova, eləcə də qeyd edilən digər şəxslərlə birlikdə cəmi 7 nəfərə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və israf etmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 311.3-cü (külli miqdarda rüşvət alma) və digər maddələri ilə yekun ittiham elan edilib.
Cinayət işinin məhkəmə istintaqı Gəncə Ağır Cinayətlərində aparılıb. Nəticə barəsində məlumat olmasa da, Elçin Ələkbərovla digərlərinin məhkumluq həyatı yaşadığı bildirilir.
Tarix: 18-03-2024, 10:17
-
Bu gün, 18:33
"Rahat" market qəpik-quruş uğruna insanların sağlamlığını güdaza verir...
-
Bu gün, 18:13
“Azərişıq” ASC-nin tender maxinasiyaları belə ifşa olundu-ŞOK
-
Bu gün, 18:12
Hamilə qadına səhvən Hepatit C diaqnuzu qoyuldu - xəstəxana 20 min cərimələndi
-
Bu gün, 14:51
Başkəndi başsız sanıb, başından böyük danışanlar – Deputatın rüsvayçı səhvinin səbəbi
-
Bu gün, 14:48
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun kimliyi açıqlandı
-
Bu gün, 14:45
Daha bir şirkət valyuta vəsaitini xaricdən geri qaytarmayıb
-
Bu gün, 14:41
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!
-
Bu gün, 14:02
AQTA göz yumduqca... `AL` marketlərin də ayağı YER ALIR... - FAKT BUDUR!
-
Bu gün, 14:01
Rus turistlərin Azərbaycana kütləvi axını başlayır: Hotel qiymətləri BAHALAŞACAQ?
-
Bu gün, 13:55
"Leyla Medical Center"də aşkarlanan nöqsanlarla bağlı məhkəmə başladı - TƏFƏRRÜAT
-
Bu gün, 11:24
"MEŞƏ QULDURU" İLQAR QƏRİBOV DƏSTƏSİLƏ ƏHVƏ DÜŞMƏSİ ÜÇÜN MÜKAFAT VƏD EDİB?
-
Bu gün, 11:22
Mətbuat katibi kobud səhv edən deputatları "topa tutdu, onlara "savadsız" dedi - Biri Başkəndin harada olduğunu bilmir, digəri isə...
-
Bu gün, 11:03
"Meqastore"də saxta kolbasa satılır? VİDEO
-
Bu gün, 10:54
Dövlətdən "oğurlanan" milyonlar və məmur oğlunun dəbdəbəli toyu
-
Bu gün, 10:16
Milyonçu Adnan Əhmədzadənin "Rahat market"i işçiləri qula çevirib - Qazidən şok faktlar
-
Bu gün, 10:13
AYNA məhkəməyə verildi
-
Bu gün, 09:52
Tbilisidə "Avropaya hə, Rusiya qanununa yox" adlı genişmiqyaslı etiraz aksiyası keçirilir - FOTO
-
Bu gün, 09:40
Adını dəyişən şirkət qanunsuz əməllərindən YENƏ DƏ ƏL ÇƏKMİR - "Nə iş düzəldirlər, nə də ödənişi geri qaytarırlar"
-
Bu gün, 09:17
Pekin və Vaşinqton dialoqdan imtina etməməyə qərar veriblər... - ANCAQ...
-
Bu gün, 09:16
"Rusiyanın Qafqazdakı maraqlarını pozmaq cəhdləri intihardır" - Ermənistanın Aİ-dəki səfiri
-
Bu gün, 09:13
Qadınlara hicabı məsləhət görən nüfuzlu din xadiminin nəvələrinin lüks həyatları – FOTOLAR
-
Bu gün, 09:12
Gürcüstanın keçmiş dövlət naziri Tbilisidə keçirilən aksiyada saxlanıldı
-
Dünən, 21:49
Ermənistan-Türkiyə sərhəd məntəqəsi istismara hazırdır
-
Dünən, 21:47
Ən gözəl “Qərənfil inqilabı” və ya “Xalq birləşdikdə yenilməzdir!” - FOTOLAR
-
Dünən, 21:45
“Putin Hitler kimi davranacaq”: Nazir Rusiyadan gözlənilən təhlükə barədə xəbərdarlıq edib
-
Dünən, 21:42
Fuad Muradov 7 kişini şantajda ittiham olunur
-
Dünən, 21:30
“Avropalılar Donbas uğrunda ölməyə getməyəcəklər” –Cozep Borrel
-
Dünən, 21:10
Bədən şəkilləndirmə etdirmək istəyən xanmın ŞOK FOTOLARI - "Azer Türk Med" kilnikasında həyacan siqnalı
-
Dünən, 17:02
Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!
-
Dünən, 17:01
Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
{sape_links}{sape_article}