Naxçıvanda quru sərhədləri açıqdır, amma qalan ərazilərimizdə isə..... bağlıdır... - NİYƏ?


Naxçıvanda quru sərhədləri açıqdır, amma qalan ərazilərimizdə isə..... bağlıdır... - NİYƏ?
Rəsmi rəqəmlərə görə Azərbaycan 2023-cü ildə turizmdən 1,5 mlrd. dollar qazanıb, ölkəyə 2 mln. 85 min nəfər səfər edib. Quru sərhədlərin bağlı olması turizm sahəsinə ağır zərbələr vurur, iqtisadi aktivliyi zəiflədən faktorlardan biridir.
Gürcüstan 2023-cü ildə turizmdən 4,1 mlrd. dollar qazanıb, ölkəyə 7 mln. 72 min turist gəlib. Gürcüstanın 20% torpağını Rusiya işğal edib, Tiflisdən cəmi 100 km uzaqlıqda, Cənubi Osetiyada Rusiyanın böyük hərbi bazası var – amma, quru sərhədləri açıqdır, Rusiya ilə belə sərhədlərini bağlamayıb, yəni, quru sərhəd rejimində belə öz təhlükəsizliyini təmin edə bilir.
Başqa bir maraqlı fakt: 2023-cü ildə 1 mln. 868 min Azərbaycan vətəndaşı xaricə səfər edib, bunlardan 30%-ə yaxını, yəni, 500 mindən çox vətəndaşımız xaricə avtomobil, və ya quru sərhədlərlə keçib. Hə, burda YAP-ın facib fiqurlarından biri olan Siyavuş Novruzovun son açıqlamalarından birini xatırladım – bir neçə gün öncə Siyavuş Novruzov dedi ki, onun seçicilərini, seçildiyi dairənin vətəndaşlarını quru sərhədlərin bağlı olması narahat etmir. Adam düz deyir, sadəcə, izah etmir, həqiqəti qizlədir – o Naxçıvandan “seçilib”, onun seçicilərinin Naxçıvan qeydiyyatı var, onlar quru sərhədlərdən rahat gedib-gələ bilirlər, onlar üçün belə məhdudiyyət yoxdur. Hə, birdən deyərsiniz ki, axı bu Konstitusiya pozuntusudur, o sənədə görə hamımız BƏRABƏR hüquqlara malik olmalıyıq, orada Naxçıvan vətəndaşlarına xüsusi münasibət yazılmayıb – deməyin, Konstitusiyada çox şey yazılıb, amma əməldə onların tədbiqini görmürük. Rəsmi statistikada quru sərhədlərdən keçən (sənəddə dəmir və avtomobil yolu ilə keçən kimi qeyd edilib) vətəndaşlarımızın böyük əksəriyyəti məhz Naxçıvan qeydiyyatı olanlardır. Bəli, o rəqəmlərin içində TİR sürücüləri də var, amma rəqəmin yüksək olması Naxçıvan qeydiyyatı olanlara görədir.
Natig Cəfərli
Tarix: 31-03-2024, 10:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}