Bölgə toqquşma astanasında: İrəvana “dur” deyilməsə...
Mərkəz rəhbəri: “Havadarları Ermənistanı səmimi şəkildə sevirlərsə, o zaman rəsmi İrəvanı sülhə təşviq etməlidirlər”
İkinci Qarabağ müharibəsindən sonra yüzlərlə azərbaycanlı azad edilmiş ərazilərdə mina partlayışlarının qurbanı olub. Ötən gün Ağdam rayonunun Əliağalı kəndi ərazisində də mina hadisəsi baş verib. Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib ki, 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
Hər iki şəxs ayağından xəsarət alıb. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.
44 günlük müharibədən sonra Azərbaycan tərəfi dəfələrlə Ermənistandan mina xəritələrinin təqdim olunmasını tələb edib. Amma hələ də Ermənistan tam olaraq mina xəritələrini verməyib. Təqdim etdikləri mina xəritələri isə etibarlı olmayıb. Bununla da Ermənistanın mina terrorunu davam etdirməsi faktı öz aktuallığını qoruyur.
Mina terroru ilə yanaşı, Ermənistan şərti sərhəddə təxribatlarını da davam etdirir. Belə ki, dünən Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Ermənistanın mina terrorunun davam etməsi, sülhdən yayınma siyasəti və şərti sərhəddəki təxribatların sayının artması bölgədə yeni eskalasiya riskini artırır.
Baş verən proseslərlə bağlı AYNA-ya danışan Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib ki, Azərbaycan zaman-zaman bu problemi beynəlxalq aləmin gündəminə gətirir:
- Əslində beynəlxalq humanitar hüquq məsələsinə minalar məsələsi də daxildir. Bu baxımdan, Ermənistanın borcudur ki, işğal etdiyi ərazilərdə 30 il müddətdə basdırdığı minaların doğru-dürüst xəritələrini Azərbaycana tam şəkildə təhvil versin. Başqa bir məsələ ondan ibarətdir ki, İkinci Qarabağ müharibəsindən sonra da Ermənistanda istehsal olunmuş yeni minaların basdırılması faktları var. Bu, müharibə cinayətidir. Lakin biz görürük ki, buna beynəlxalq reaksiya yoxdur. Problemin kökü məhz buradadır. Bu gün Qərb dünyası, Avropa sülhdən, demokratiyadan, humanizmdən danışır, amma Ermənistanın davam edən mina terroruna “dur” demir. Beynəlxalq təşkilatlar hesabatlarında Ermənistanın mina cinayətləri ilə bağlı bir cümləyə belə yer vermir.
Bu gün Azərbaycanın xarici işlər naziri mina terroru ilə bağlı yenidən dünya ictimaiyyətinə müraciət edib. Dünya görməlidir ki, bu gün hərbçilərlə yanaşı, mülki insanlarımız da minadan əziyyət çəkirlər. Hesab edirəm ki, dünya birliyi bu problemə son qoyulması üçün tədbir görməlidir, məsələyə həssas yanaşmalıdır. Amma təəssüf ki, bu gün Ermənistanın mina terroruna göz yumanlar şərti sərhəddəki erməni təxribatlarına da biganə qalırlar.
- Ermənistan mina terroru ilə yanaşı, təxribatlar da törətməyə başlayıb. Dünən Daşkəsən istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Sanki regionda yeni eskalasiya istəyən qüvvələr var. Sizcə, yeni müharibə kimə sərf edir?
- Hesab edirəm ki, Azərbaycan yeni müharibə marağında deyil. Azərbaycan bölgədə sülhün əldə olunmasından yanadır və bunun üçün təklifləri var. Hətta “3+3” formatı təklif olunub ki, bölgə dövlətləri bu formatda inteqrasiya etsin, münasibətlər normallaşsın. Ermənistanın qeyri-məqbul siyasəti nəticəsində bu format da kölgədə qalıb.
Amma ədalət naminə demək olar ki, Ermənistan hakimiyyəti də müharibə istəyində görünmür. Baş nazir Nikol Paşinyan və onun hökumətinin üzvləri bəyanatlarında müharibənin Ermənistana hansı ziyanları vura biləcəyini dolayısı ilə söyləyirlər. Onlar yaxşı anlayırlar ki, yeni müharibə Ermənistanın sonu deməkdir. Bu mənada, Ermənistanın da yeni böyük müharibədə maraqlı olmadığını demək mümkündür.
- Bəs təxribatı törədən hansı qüvvədir?
- Görünən odur ki, sərhəddə təxribat törətməkdə maraqlı olan üçüncü qüvvə var. Birinci ehtimal Rusiyadır. Məlumdur ki, Ermənistan ordusu daxilində Rusiyaya bağlı kadrlar kifayət qədərdir. Ola bilər ki, Rusiya öz “adamları” vasitəsilə təxribatları körükləsin ki, bu yolla ona asi çıxan Paşinyanı cəzalandırsın. Təbii ki, Ermənistan tərəfindən təxribat törədilirsə, Azərbaycan buna anındaca cavab verəcək və bu, Azərbaycanın haqqıdır. Bizim üçün fərqi yoxdur, əgər Ermənistan ordusu hakimiyyətə tabe deyilsə, zəhmət çəkib tabe etdirsinlər. İkinci maraqlı qüvvə Qərb ola bilər. O mənada ki, Ermənistana vermək istədikləri “təhlükəsizlik zəmanəti” verə bilsinlər. Aprelin 5-də Brüsseldə bu məsələnin gündəmə gələcəyi gözlənilirdi. Azərbaycanın etirazlarından sonra müzakirə olunmadı. Amma bu o demək deyil ki, gələcəkdə müzakirə olunmasın. Bəlkə də erməni təxribatları ilə Azərbaycanı sərt cavaba təhrik edirlər ki, sonradan desinlər ki, “baxın, Ermənistana təhlükə var, biz ona yardım etməliyik, təhlükəsizlik zəmanəti verməliyik”. Bütün hallarda, böyük müharibə gözləmirəm. Təxribatlar isə adekvat cavabını alacaq. Bölgə toqquşmalar astanasındadır. Havadarları Ermənistanı səmimi şəkildə sevirlərsə, o zaman bu təxribatlara da “dur” deməli, rəsmi İrəvanı sülhə təşviq etməlidirlər. Çünki Ermənistanın nicatı sülhdən keçir.
Tarix: 13-04-2024, 13:35
-
Bu gün, 07:41
Hayfa limanına raket zərbələri endirilib
-
Bu gün, 07:32
Əli Kərimli İsa Qəmbərə söz vurdu: "Tofiq Yaqublunu..."
-
Bu gün, 07:14
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
-
Bu gün, 07:13
Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - İTTİHAM VAR...
-
Bu gün, 07:13
Uşaq poliklinikasinda dözülməz vəziyyət - VİDEO
-
Bu gün, 07:11
Rektorların xaricdəki milyonluq əmlakları: Tələbələri qəsdən kəsir, zülm edirlər
-
Bu gün, 07:11
Arxektura komitəsində Ramin Abdullayev PROBLEMİ
-
Bu gün, 07:10
OĞUZDA 10 ha QOZ BAĞINI, SABİRABADDA DA 50 ha YULĞAN MEŞƏSİNİ MƏHV EDİB YERİNDƏ QARĞIDALI SƏPƏN "QOÇULARIMIZ"-Prezidentə müraciət
-
Bu gün, 07:09
Abdulbari Gozalın rəhbərlik etdiyi holdinq və Saleh Məmmədovun sədri olduğu qurum arasında məhkəmə çəkişməsi
-
Dünən, 23:07
Mark Libbi: “Azərbaycan hökumətinin davranışına görə cavab verə bilmərəm”
-
Dünən, 22:49
Keçmiş kəşfiyyatçıdan iddia: "ABŞ Gürcüstanda dövlət çevrilişi hazırlayır"
-
Dünən, 22:32
Rusiyanın ən varlı 26 milyarderi son bir gündə 5 milyard dollar qazanıblar – Tam siyahı
-
Dünən, 22:07
Neft Fondu əməkdaşlarının 3 günlük istirahəti üçün 118 min manat xərcləyəcək
-
Dünən, 18:12
ABŞ-də konqresmen Azərbaycandan rüşvət almaqda ittiham olunur – AP
-
Dünən, 18:07
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
-
Dünən, 18:05
Paşinyanla Köçəryan yenidən qarşı-qarşıya: Ermənistanda xaos gözlənilir?
-
Dünən, 18:01
Həkim gündə nə qədər kolbasa yeməyin təhlükəsiz olduğunu açıqladı
-
Dünən, 17:58
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
-
Dünən, 13:53
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
-
Dünən, 13:46
Bərdədə üç otaqlı ev tamamilə yanıb
-
Dünən, 12:33
“Rolf”un sahibi Putini ittiham etdi: “Bu, müsadirə kleptokratiyadır”
-
Dünən, 12:21
Şimali Qafqaz qaynayır.
-
Dünən, 10:39
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin "bəzəyi"
-
Dünən, 10:30
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..." - NARAZILIQ VAR...
-
Dünən, 10:09
“Xanımlar üz döndərmirlər” - “Dəmir ledi”ni niyə sevir və nifrət edirdilər? – FOTOLAR
-
4-05-2024, 23:21
İƏT Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırdı
-
4-05-2024, 23:19
Azərbaycanda mülki polis özünü asdı
-
4-05-2024, 23:10
"Bravo"da vitrindəki qiymətlə kassadakı qiymət fərqli olub - FOTO
-
4-05-2024, 22:59
XƏBƏRDARLIQ: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI
-
4-05-2024, 22:57
Gürcüstanda sular durulmur - prezidentdən sərt ittiham
{sape_links}{sape_article}